BARAMA

08 Nov 14:00 - 08 Nov 14:45 2012 | A-210 (Seminar salonu)
Sponsor: Azercell | cctofiq@azercell.com

Barama layihəsinin əsas məqsədi İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) ilə bağlı yeni ideyaları araşdırmaq, inkişaf etdirmək və onların həyata keçirilməsini təmin etməkdir.

Bu layihəni gerçəkləşdirərək Azercell, İKT sahəsinin inkişafına təkan verməklə yanaşı, həm də Azərbaycanın rifah və iqtisadi tərəqqisinə xidmət göstərir.

 Barama hər bir gəncə yaradıcı imkanlarını inkişaf etdirmək, ən cəsarətli ideyalarını gerçəkləşdirmək və öz biznesinin təməlini qoymaq şansını verir!

 Gerçəkləşdirmək istədiyiniz bir ideyanız var, lakin onu gerçəkləşdirmək üçün Sizə dəstək lazımdır? Artıq bu problem deyil! İdeyalarınıza qanad vermək istəyirsinizsə, onda Barama layihəsi Sizin üçündür və biz, Azercell olaraq ən cəsarətli ideyalarınızı belə dəstəkləməyə hazırıq.

 Sadəcə unutmayın ki, bu ideyalar İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) ilə bağlı olmalıdır. Axı layihənin əsas məqsədi – gənc istedadları dəstəkləməklə yanaşı respublikamızda İKT sahəsini inkişaf etdirmək, fərdi sahibkarlığa təkan vermək və bununla iqtisadi rifahın daha da yaxşılaşdırılmasına xidmət göstərməkdir.

 

Nəinki Azərbaycanda, bütün regionda analoqu olmayan Barama layihəsi qarşısınızda sərhədsiz imkanlar açacaq!

 

Təkliflərinizi istənilən vaxt www.barama.az internet səhifəsi üzərindən göndərə bilərsiniz – onlar, heç bir vaxt məhdudiyyəti qoyulmadan, yəni davamlı olaraq Azercell tərəfindən qəbul ediləcək. Ərizəniz Azercell-ə daxil olan kimi ideyanız araşdırılacaq və onun nə dərəcədə yenilikçi, faydalı olması qiymətləndiriləcək.

 

Eyni zamanda Barama, Sizin, yəni ideya müəllifinin bilik və bacarıqlarını, hazırlıq səviyyəsini yoxlayacaq.

 

Nəticədə, ən uyğun, ən maraqlı və kreativ ideyalar seçiləcək. İdeyanız seçilərsə, Sizi Barama ofisinə dəvət edəcəklər və Siz Barama layihəsinin iştirakçısı statusunu qazanacaqsınız.

 Barama Sizə nə qazandıracaq?

 Barama layihəsinin iştirakçısı seçildiniz? Onda bu imkanlar Sizin üçündür:

 -  Barama ofisində iş yeri

- Lazımi kommunikasiya vasitələri və avadanlıq, o cümlədən kompüter və yüksəksürətli İnternet

- Biznes bilik və bacarıqlarınızın təkmilləşdirilməsinə yönəldilmiş treninqlər

- Azercell-dən istənilən texniki və professional dəstək

- Azercell-in İT layihələrində iştirak

- İdeyanızı Azercell avadanlığında sınamaq imkanı

 

 Önəmlisi odur ki, ideyalarınızın müəlliflik hüquqları Sizə məxsus olacaq və müvafiq hüquq qayda və qanunları ilə qorunacaq. Ən əsası isə, Barama layihəsi sayəsində Siz gələcək karyeranızın təməlini qoyacaqsınız.

 Odur ki, cəsarətli olun! Gələcək – öz əlinizdədir!

Gözlənilən hadisələr