Baku Google Technology User Group

01 Oct 10:00 - 01 Oct 14:00 2011 | A-210 (Seminar salonu)
Sponsor: Google

Baku GTUG – Bakı Google texnalogiya istifadəçiləri qrupudur. Dünyanın səksən üç(83) ölkəsində fəaliyyət göstərən iki yüz yetmiş(270) sayda Google texnalogiya istifadəçiləri qrupu(GTUG) vardır. GTUGların əsas fəaliyyətləri, müəyyən bir bölgədə(adətən şəhərdə) məskunlaşmış və İnformasiya texnalogiyaları, xüsusi ilə Google texnalogiyaları sahəsində ixtisaslaşmış olan mütəxəssisləri bir araya yığmaq, müxtəlif tədbirlər təşkil etmək, bilik və təcrübə paylaşımını təmin etməkdir. Burada Google texnalogiyaları dedikdə əsasən Google-un proqramçılar üçün olan texnalogiyaları nəzərdə tutulur, misal üçün: Android Platforması, Google APIs, AppEngine və.s. Lakin GTUGların fəaliyyəti təkcə Google texnalogiyaları ilə məhdudlaşmır, bu qruplarda perspektivli sayılan digər İT mövzuları da müzakirə edilə bilər. Onu da qeyd edim ki, GTUGlar Google şirkəti tərəfindən tanınır və dəstəklənir. GTUGlar haqqında daha ətraflı http://gtugs.orgsaytından məlumat ala bilərsiniz. Baku GTUGın rəsmi qeydiyyatına isə http://gtugs.org/directory.jsp  səhifəsində baxmaq olar.

Baku GTUG ilk tədbiri 20.08.2011 tarixində baş tutmuşdur, ilk tədbir olmasına baxmayaraq səksən nəfər iştirakçı vardı(yalnız Facebookda elan olunmuşdu). Bu tədbir haqqinda  buradan ətraflı məlumat ala bilərsinizhttp://elekberov.com/baku-gtug-t%C9%99dbir-ugurla-kecirildi/

Baku GTUG-ın GTUG-da səhifəsi: 

http://www.gtugs.org/chapter.jsp?id=964001

Baku GTUG-ın bloqu: http://www.baku-gtug.org/

Oktyabrın 1-də olacaq tədbirin programi:

  

10:00 - 10:15 - Açılış və Baku GTUG haqqında
10:15 - 11:00 - Chrome Developer Tools
11:00 - 11:30 - Android 4.0 yenilikləri və trendlər
11:30 - 12:00 - Android proqramlaşdırmaya giriş
12:00 - 12:15 - Fasilə
12:15 - 12:45 - Digər proqramlaşdırma dillərindən istifadə ilə Android proqramlaşdırma
12:45 - 13:15 - Android LBS, GPS, maps
13:15 - 13:45 - HTML5
13:45 - 14:00 - Sual & Cavab
14:00 - Bağlanış

 

Gözlənilən hadisələr