Tanıma Sistemləri Nədir - Səs Tanıma Sistemləri

22 May 13:00 - 22 May 14:30 2012 | A-210 (Seminar salonu)
Sponsor: Qafqaz Universiteti, Kompyuter Mühəndisliyi bölməsi | axocayev@qu.edu.az

       Biometrik tanıma bir fərdin fiziki və ya davranış bənzərsizliyini ölçən və mövcud qeydlərlə müqayisə  etmə əməliyyatlarını  yerinə yetirən  avtomatik  bir  sistemdir. Başqa bir sözlə,  fərdin şəxsiyyət kartı, maqnetik kartlar, açarlar və  ya şifrələrin  yerinə biometrik asan və  rahat təsdiqləmə  üsuluyla fərdin  barmaq izlərini, üzünü,  göz bəbəyini,  əliçi  izlərini,  imzasını, DNT-sini təyin edə bilər.

     Səs tanınması: natiq tərəfindən deyilən sözləri təyin etmək üçün səs siqnallarının analizi əməliyyatıdır. Sadə  görünməsinə baxmayaraq bu əməliyyat,  proqramçıların qarşılaşdıqları  ən  böyük  problemlərdən  biridir. Yalnız son  illərdə, hesablama maşınlarının inkişaf etməsi nəticəsində, yüksək səviyyəli səs tanıma sistemlərinin hazırlanmasına nail olunmuşdur.

Gözlənilən hadisələr