Baxılıb: 80054 dəfə
12 Jan 2017 20:34 | Baxılıb: 19
Kompüter Mühəndisliyinin 4 tələbəsi Azercell-in Təqaüdçüsü Adını Qazanmışdır

Qafqaz Universiteti Kompüter Mühəndisliyi bölməsinin 4 tələbəsi (Hikmət Cəfərli, Rəsul Kərimov, Məmməd Hacılı, Ələddin Şıxızadə) Azercell-in Təqaüdçüsü adını qazanmışdır. Proqramın mərhələli seçimləri nəticəsində 27 tələbə Azercellin Təqaüdçüsü adına layiq görülmüşdür. Bu tələbələr ali təhsillərinin sonunadək Azercell şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər. Tələbələrimizi təbrik edib, gələcək planlarında uğurlar arzulayırıq.     ətraflı oxu »

27 Dec 2016 00:25 | Baxılıb: 30
Qafqaz Universitetinin tələbələri NetWork Training Center-in təşkilatçılığı ilə keçirilən Proqramlaşdırma üzrə olimpiadanın qalibi olub

Dekabrın 19-da NetWork Training Center-in təşkilatçılığı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Edumap Təhsil portalının təşkilati dəstəyi ilə proqramlaşdırma üzrə olimpiadanın birinci mərhələsi keçirilib. Birinci mərhələdə 250 tələbə qeydiyyatdan keçib. Onlara e-poçt vasitəsilə təqdim olunan alqoritmik məsələləri 24 saat ərzində həll edib göndərmək tapşırığı verilib. 153 tələbə birinci mərhələdə təqdim olunan məsələlərin həllini göndərə bilib. İlk 20 yeri qazanan tələbələr final mərhələsinə vəsiqə qazanıb. Dekabr ayının 24-də olimpiadanın final mərhələsi keçirilib. Olimpiadada 15 tələbə iştirak edib.  Tələbələrə 3 saat ərzində alqoritmik məsələlərin həllini Java proqramlaşdırma dilində yazıb avtomatik qiymətləndirmə sisteminə göndərmək tapşırığı verilib. Tərəfdaş olan şirkətlərin nümayəndələri iştirakçıların nəticələrini canlı olaraq izləyiblər. Sonra  müsabiqənin qalibləri müəyyənl ətraflı oxu »

17 Dec 2016 23:30 | Baxılıb: 770
Qafqaz Universiteti Kompüter və İnformasiya Texnologiyaları kafedrasının baş müəllimi Etibar Seyidzadə “İKT üzrə ən yaxşı kitab” nominasiyası üzrə ikinci yerə layiq görülüb

16 dekabr 2016-ci il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı – Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar keçirilən müsabiqə və yarışların qaliblərinin təltifetmə mərasimi keçirilib. Qafqaz Universiteti Kompüter və İnformasiya Texnologiyaları kafedrasının baş müəllimi Etibar Seyidzadə “İKT üzrə ən yaxşı kitab” nominasiyası üzrə ikinci yerə layiq görülüb.       ətraflı oxu »

09 Dec 2016 15:05 | Baxılıb: 40
Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfinal mərhələsi və Cənubi Qafqaz Açıq Çempionatında iştirak edib

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfinal mərhələsi və Cənubi Qafqaz Açıq Çempionatında iştirak edib     Azərbaycanın 6 ali təhsil müəssisələrindən olan 12 komanda (hər komandada 3 tələbə) 3-7 dekabr 2016-cı il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçirilən 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz Açıq Çempionatında iştirak edib.    Müsabiqələrdə:    Qafqaz Universiteti - 4 komanda   ADA Universiteti - 3 komanda Bakı Dövlət Universiteti - 2 komanda   Azərbaycan Texniki Universiteti – 1 komanda   Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 1 komanda   Azərbaycan Universiteti - 1 komanda    ilə təmsil olunub.    3 dekabr 2016-cı il tarixind ətraflı oxu »

24 Oct 2016 14:34 | Baxılıb: 81
Qafqaz Universitetində “41-ci ACM ICPC - Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq” müsabiqəsinin növbəti 1/4 final mərhələsi (XII Azərbaycan Çempionluğu) keçirilib

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan Bölməsi, ACM Azərbaycan bölməsinin təşkilatı dəstəyi ilə “41-ci ACM ICPC Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq”müsabiqəsinin növbəti 1/4 final mərhələsi(XII Azərbaycan Çempionluğu) 22 oktyabr 2016-ci il tarixində Qafqaz Universitetində keçirilib. Müsabiqədə 12 ali təhsil müəssisəsindən 47 komanda iştirak edib.   ADA Universiteti – 6 komanda Azərbaycan Dövlət Aqrar Universiteti – 1 komanda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 5 komanda Azərbaycan Texniki Universiteti – 5 komanda Azərbaycan Universiteti – 5 komanda Bakı Ali Neft Məktəbi - 4 komanda Bakı Dövlət Universiteti – 6 komanda M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı – 4 komanda Milli Aviasiya Akademiyası – 4 komanda Naxç ətraflı oxu »

16 May 2016 23:52 | Baxılıb: 135
Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi   E-days16 (Engineering days)   Real İşlər, Real Təcrübələr, Təcrübəli Mütəxəssislər     Elektronika Club 2015-ci ildə Qafqaz Universiteti Komputer Mühəndisliyi nəzdində  yaradılmışdır. Elektronika Klubunun əsas məqsədi Elektronika və Mühəndislik ixtisaslarına tələbələrin marağını artırmaqdır. Elektronika clubu tələbələrin təlim imkanlarının artırılması, mütəxəssislərin təcrübələrindən yararlanması, işləməsi və məzun olduqdan sonra məşğulluğunun daha məqsədyönlü təmin olunması prosesinin dəstəklənməsi təşəbbüsü texniki və informativ seminarlar, Azercosmos, Azersun kimi şirkətlərə texniki gəzilər, eyni zamanda E-DAYS’16 kimi böyük miqyaslı silsilə tədbirlər təşkil edərək öz missiyasını həyata keçirir.   Mühəndislik ixtisasları məzunlarının bir çox fərqli sektorda iş tapma imkanı sə ətraflı oxu »

04 May 2016 23:23 | Baxılıb: 190
Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi tələbələrinə təcrübə imkanlarına dair seminar verdi

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi tələbələrinə təcrübə keçmə imkanlarına dair seminar verdi   03.05.2016 tarixində Microsoft Azərbaycanın Strateji həllər üzrə mütəxəssisi Qaçay Mirzəyev Kompüter Mühəndisliyi tələbələrinə seminar verdi. Seminarda Qaçay Mirzəyev tələbələrin yay aylarında şirkətlərdə təcrübə keçmə imkanlarından danışdı. Eləcə də partnyor olduqları şirkətlər haqqında məlumat verdi. Şirkətlərin yay ay aylarında təcrübə keçmək istəyən tələbələrə qoyduqları öhdəliklər haqqında geniş məlumat verdi. Seminarın sonunda Qaçay müəllim tələbələrin suallarını cavablandırdı. Seminarın baş tutduğuna görə tələbələr çox məmnun oldular.     ətraflı oxu »

02 May 2016 22:37 | Baxılıb: 263
Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali məktəb tələbələri arasında informatika üzrə XI Ümumrespublika Olimpiadası”nın birincisi oldu

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali məktəb tələbələri arasında informatika üzrə XI Ümumrespublika Olimpiadası”nın birincisi oldu Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın final mərhələsi 30 aprel 2016-ci il tarixində İnformasiya Texnologiyaları İnstitutunda keçirilib. Qeyd edək ki, olimpiadanın 16 aprel 2016-cı il tarixində Qafqaz Universitetində keçirilmiş ilk mərhələsində Respublikanın 22 ali təhsil müəssisəsindən 55 komanda (hər komandada 3 nəfər) iştirak etmişdir. Birinci mərhələdə iştirak edən ali təhsil müəssisələrinin ən yüksək nəticə göstərən bir komandası (13 ali ətraflı oxu »

28 Apr 2016 10:35 | Baxılıb: 246
Azərbaycan komandaları X Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma   müsabiqəsində iştirak edib

Azərbaycan komandaları X Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma  müsabiqəsində iştirak edib   22-25 aprel 2016-cı il tarixlərində Gürcüstan Respublikasının Zuqdidi şəhərində Zuqdidi Dövlət Universitetinin bazasında X Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycan 4 ali təhsil müəssisəsindən 7 komanda ilə təmsil olunub:   Qafqaz Universiteti – 3 komanda (9 tələbə)ADA Universiteti – 2 komanda (6 tələbə)Azərbaycan Universiteti – 1 komanda (3 tələbə)Naxçıvan Dövlət Universiteti - 1 komanda (2 tələbə)   23 aprel tarixində müsabiqənin birinci günü tələbələr fərdi müsabiqədə iştirak edib.  Fərdi müsabiqədə müxtəlif ölkələrdən 198 tələbə iştirak edib. Tələbələrə 4 saat ərzində 8 məsələni həll etmək (proqramını tərtib etmək) və avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçirmə tapşırığı verilib.   ətraflı oxu »

18 Apr 2016 15:49 | Baxılıb: 228
Qafqaz Universitetində məktəblilərin İnformatika üzrə fənn olimpiadasının  Respublika mərhələsinin final turu keçirilib

Qafqaz Universitetində məktəblilərin İnformatika üzrə fənn olimpiadasının Respublika mərhələsinin final turu keçirilib   17 aprel 2016-cı il tarixində Qafqaz Universitetində Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş məktəblilərin İnformatika üzrə fənn olimpiadasının Respublika mərhələsinin final turu keçirilib. Müsabiqədə Respublikanın müxtəlif bölgələrinin ümumtəhsil məktəblərindən 36 şagird iştirak edib. Müsabiqə iki müxtəlif qrup üzrə (7-8-ci siniflər və 9-11-ci siniflər) kecirilib. Şagirdlərə 4 saat ərzində 5 alqoritmik məsələni (C, C++, Pascal, Java, Pyton proqramlaşdırma dillərinin birində) həll etmək tapşırığı verilib. Qiymətləndirmə informatika.edu.az saytında avtomatik qiymətləndirmə sistemi vasitəsilə aparılıb. Müsabiqədə müvəffəqiyyət qazanmış şagirdlər 17 may 2016-cı il tarixində Təhsil Nazirliyi tərəfindən mükafatlandırılacaqlar.   ətraflı oxu »

Axtar


Kateqoriyalar


Sıralama


İllər