"Hackathon Azerbaijan"-ın açılış tədbiri keçirildi

"Hackathon Azerbaijan"-ın açılış tədbiri keçirildi
27 Dec 2011 14:52 | Baxılıb: 617

Bazar günü — 25 dekabr 2011-ci il tarixində Qafqaz Universitetində Hackathon Azerbaijan-ın açılış tədbiri keçirildi. Artıq tədbirə qeydiyyat başa çatıb. 98 nəfər iştirak üçün ərizələrini təqdim edib. Onlar arasından 75-i iştirak üçün qəbul edilib.
Açılışda Optimax Software şirkətinin rəhbəri Hüseyn Quliyev – “Proqramlaşdırma-son trendlər. Dünya istiqamətləri.” mövzusunda təqdimat etdi. Həm də iştirakçıların suallarını cavablandırdı. İngiltərədə fəaliyyət göstərən Azərbaycan şirkəti iştirakçıların da marağını cəlb etdi. 
Növbəti təqdimatı isə Google şirkətinin mühəndisi Tural Bədirxanlı Hackathon mədəniyyəti barədə iştirakçıları məlumatlandırdı. Daha çox isə Google-da işə düzəlmənin yolları barədə iştirakçıların suallarına cavab verdi. 

Bundan sonra tədbirdə Hackathon Azerbaijan-ın təşkilatçıları çıxışlar etdilər. İştirakçılara ətraflı məlumatlar verildi. Onlara müsabiqədə iştirak üçün mövzu seçimində kömək etmək məqsədi ilə yollar göstərildi. Eyni zamanda tədbir çərçivəsində iştirakçılara Android barədə pulsuz təlimlər keçiriləcəyi barədə məlumat verildi.

Tədbir videoya çəkilird. Hazır olduqdan sonra posta əlavə ediləcəkdir. Eyni zamanda tədbir barədə yeni multimedia materilları (fotolar, təqdimatlar, videolar) əldə etdikcə burada yerləşdirəcəyik. 
Tədbir zamanı çəkilmiş bir beçə şəkil:

http://weboxu.com/blog/events/1785.html

Son yeniliklər


Kompüter Mühəndisliyinin 4 tələbəsi Azercell-in Təqaüdçüs...

Qafqaz Universiteti Kompüter Mühəndisliyi bölməsinin 4 tələbəsi (Hikmət Cəfərli, Rəsul Kərimov, ətraflı oxu »

Qafqaz Universitetinin tələbələri NetWork Training Center...

Dekabrın 19-da NetWork Training Center-in təşkilatçılığı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Ed ətraflı oxu »

Qafqaz Universiteti Kompüter və İnformasiya Texnologiyala...

16 dekabr 2016-ci il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rabitə və informasiya texnologiyaları s ətraflı oxu »

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Təl...

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfin ətraflı oxu »