«Azərikimya» İB-nin «Qafqaz» Universiteti tərəfindən hazırlanmış yeni saytının təqdimat mərasimi keçirilmişdi

«Azərikimya» İB-nin «Qafqaz» Universiteti tərəfindən hazırlanmış yeni saytının təqdimat mərasimi keçirilmişdi
http://socar.az/azch/index.php?newsid=49 | 27 Dec 2012 21:59 | Baxılıb: 891

Bu gün – dekabrın 27-də «Azərikimya» İstehsalat Birliyinin konfrans zalında ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin müasir informasiya texnologiyaları üzrə yenidən işlənərək, istifadə üçün daha çox texniki çeviklik və dinamiklik verilmiş yeni İnternet saytının təqdimat mərasimi keçirilmişdir. 

Saytın təqdimat mərasimində Sumqayıt şəhərinin idarə və müəssisələrinin internet saytlarının, informasiya agentliklərinin nümayəndələri, həmçinin Qafqaz Universitetinin müəllim və tələbə heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan «Azərikimya» İstehsalat Birliyinin İcraçı direktorunun müavini Xalıq Mustafayev iştirakçıları salamlamış və qeyd etmişdir ki, «Azərikimya» İB-nin öz internet saytının yeni, daha böyük imkanlara malik variantının hazırlanmasını artıq üçüncü ildir ki, sıx əməkdaşlıq etdiyi «Qafqaz» Universitetinin müəllim və tələbə heyətinə etibar etmişdir. Universitetin informasiya texnologiyaları üzrə gənc mütəxəs-sisləri və tələbələri bu işin öhdəsindən layiqincə gəlmişlər. Natiq bu mühüm əhəmiyyətli, zəngin elmi-texniki bilik və gərgin zəhmət tələb edən işə görə kimyaçılar adından Universitet rəhbərliyinə və yaradıcı qrupun üzvlərinə “Azərikimya”nın minnətdarlığını bildirmişdir. 
Sonra Qafqaz Universitetinin müəllimi, İKT elmi-tədqiqat mərkəzinin rəhbəri Xəyyam Məsiyev gənc və istedadlı yaradıcı qrup tərəfindən «Azərikimya» İstehsalat Birliyinin yeni internet saytının yaradılması prosesində görülən işlər və onun texniki üstünlükləri barədə ətraflı məlumat vermiş və yaradıcı heyətin üzvlərini tədbir iştirakçılarına təqdim etmişdir. Saytın yaradıcıları kimyaçıları maraqlandıran suallara cavab vermişlər. 
«Qafqaz» Universitetinin rektoru, professor Ahmet Saniç öz çıxışında «Qafqaz» Universiteti ilə «Azərikimya» İstehsalat Birliyinin qarşılıqlı-faydalı əməkdaşlığından geniş söhbət açmış, bu əlaqələrin yeni perspektivlər vəd etdiyini bildirmişdır. 
«Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxışında vurğulamışdır ki, bu gün internetin və informasiya texno-logiyalarının daim təkmilləşməsi hər bir internet istifadəçisinin dünyanın elmi-texniki yenilikləri, baş verən siyasi hadisələr, iqtisadiyyatın bu və ya digər sahəsində qazanılmış nailiyyətlər və s. haqqında geniş və hərtərəfli məlumat almağa imkan verir. 
Birliyin kollektivi yaradıcı heyətə minnətdarlığını bildirərək, yüksək intellektə, texniki düşüncəyə malik geniş perspektivli gənc müəllimlərin və tələbələrin olmasından qürur duyduqlarını bildirmiş və belə istedadlı gəncləri olan Azərbaycanın daha yüksək uğurlara, qələbələrə nail olacaqlarına böyük inam ifadə etmişdır. 

 

Son yeniliklər


Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Təl...

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfin ətraflı oxu »

Qafqaz Universitetində “41-ci ACM ICPC - Universitet Tələ...

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan Bölm ətraflı oxu »

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi...

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi E-days16 (Engineering days) ətraflı oxu »

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi ...

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi tələbələrinə təcrübə keçmə imkanla ətraflı oxu »