İdarəetmədə İKT-nin Tətbiqi mövzusunda seminar

İdarəetmədə İKT-nin Tətbiqi mövzusunda seminar
09 Apr 2012 14:00 | Baxılıb: 556

31 Mart, 1, 7 və 8 Aprel 2012-ci il tarixləri arasında Qafqaz Universitetində, İnformasiya və Kommunikasiya Texnologiyasının İnkişafı üzrə BMT-nin Asiya və Sakit Okean Təlim Mərkəzi  (UN-APCICT) ilə birgə təşkil etdiyi “Bügünün Gəncləri Sabahın Liderləri” layihəsi çərçivəsində “İdarəetmədə İKT-nin Tətbiqi mövzusunda seminar təşkil edilmişdir.

Qeyd edək ki, APCICT 2006-cı il 16 iyul tarixdə BMT-nin Asiya və Sakit Okean Ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) regional təşkilatı kimi yaradılmışdır. Təşkilat İKT-dən istifadə etmək yolu ilə həm cəmiyyətlərin inkişafına kömək etmək, həm də Minilliyin İnkişaf Məqsədərinə çatmaq üçün yaradılmışdır. Buna UN-APCICT treninqlər vasitəsi ilə nail olur. Təlimlər həm üz-üzə, həm də onlayn üsulları ilə aparılır. İndiyə kimi keçirilən təlimlərə 120 ölkədən 11900 nəfər cəlb olunmuşdur. UN-APCICT-nin əsas proqramı hesab edilən “Dövlət məmurları üçün İKT-nin əsasları üzrə Akademiya”-nın təlimləri 10 təlim modulu üzrə təşkil edilir:

  • Modul 1: Əhəmiyyətli inkişaf və İKT-nin tətbiqi arasında bağlılıq
  • Modul 2: İdarəetmə və inkişaf siyasəti üçün İKT
  • Modul 3: Elektron hökumətin tətbiqi
  • Modul 4: Hökumət liderləri üçün İKT dəyərləri
  • Modul 5: İnternet hökuməti
  • Modul 6: İnformasiya təhlükəsizliyi və şəxsililik
  • Modul 7: İKT-nin nəzəri və əməli cəhətdən idarəedilməsi
  • Modul 8: İnkişafa nail olmaq üçün İKT-nin maliyyələşməsinə ayırmalar
  • Modul 9: Risklərin idarəedilməsi üçün İKT
  • Modul 10: İKT və iqlim dəyişikliyi

Bununla yanaşı, 2011-ci ildən başlayaraq UN-APCİCT modulların sayını artırmaq və eyni zamanda hədəf auditoriyasını genişləndirərək artıq universitet tələbələri üçün İKT-nin inkişafı mövzusunun tətbiqi layihəsinə başlamışlardır və “Primer 1: Introduction to ICT Applications” adlı bakalavr pilləsi üçün dərs vasaiti hazırlamışdır. Qafqaz Universitetinin əməkdaşları bu layihə çərcivəsində 24-28 Oktyabr 2011 ci tarixlər arasında Cənubi Koreyanın Cheonan şəhərində təşkil edilmiş beynəlxalq forumda iştirak etmiş və sözü gedən layihənin ilk dəfə Azərbaycanda tətbiq edilməsi və pilot universitet kimi layihəni davam etdirməyi təklif etmişdir. Bu əməkdaşlığın növbəti addımı olaraq 08-10 Fevral 2012 il tarixləri arasında Qafqaz Universitetinin magistr tələbələri, müəllim və professor heyətinin iştirakı ilə 3 günlük seminar təşkil edilmişdir. Seminarda UN-APCİCT-nin direktoru və sözü gedən kitabın redaktoru və müəlliflər heyyətinin sədri prof. Usha Redi iştirak etmişdir. Seminar profş Usha Redi tərəfindən təqdim edilmişdir. Məqsəq yuxarıda adı çəkilən kitabın təqdimatı və Azərbaycan universitetlərində bu dərs vəsatini tədris olunma metotlarının öyrənilməsi idi. Bu layihə çərçivəsində növbəti addım olaraq Azərbaycanın 12 universitetindən 55 bakalavr tələbələrinin iştirakı  isə artıq İKT-nin müxtəlif sahələrdə tətbiqi, metodları və layihələrin idarə edilməsi istiqamətində seminarlar veriləcəkdir. Seminar ərzində tələbələr ilə cari layihələr üzərində işləmək üçün praktik hissələrdə olucaqdır. Seminar 08-10 Fevral 2012 il tarixləri arasındakı seminarda iştirak etmiş  Qafqaz Universitetinin magistr tələbələri, müəllim və professor heyəti tərəfindən təqdim ediləcəkdir.

Son yeniliklər


Qafqaz Universitetində “41-ci ACM ICPC - Universitet Tələ...

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan Bölm ətraflı oxu »

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi...

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi E-days16 (Engineering days) ətraflı oxu »

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi ...

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi tələbələrinə təcrübə keçmə imkanla ətraflı oxu »

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali ...

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali məktəb tələbələri arasında informatika üzr ətraflı oxu »