“Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın qalibləri mükafatlandırıldı

“Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın qalibləri mükafatlandırıldı
15 May 2015 23:31 | Baxılıb: 356

“Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın qalibləri mükafatlandırıldı

Mayın 14-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş “İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri” mövzusunda II Respublika elmi-praktiki konfransı keçirilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda ölkənin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları (İT) sahəsi üzrə tədqiqatçıları və mütəxəssisləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Qeyd edək ki, olimpiadanın 5 aprel 2015-ci il tarixində Qafqaz Universitetində keçirilmiş ilk mərhələsində Respublikanın 16 ali təhsil müəssisəsindən 55 komanda (hər komandada 3 nəfər) iştirak edib. Bu ildən tətbiq olunan yeni qaydalara əsasən birinci mərhələdə iştirak edən ali təhsil müəssələrinin ən yüksək nəticə göstərən bir komandası (12 ali təhsil müəssisəsindən 12 komanda) olimpiadanın final mərhələsinə vəsiqə qazanıb.

Olimpiadanın final mərhələsi 02.05.2015-ci il tarixində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçirilib. Finalda Qafqaz Universitetinin “Qafqaz Programmers" komandası 1-ci, Azərbaycan Texniki Universitetinin “AzTU1” və ADA Universitetinin “ADA U4” komandaları 2-ci, Milli Aviasiya Akademiyasının “NAA50”, Azərbaycan Dövlət Neft Akademiyasının “ADNA1” və Bakı Ali Neft Məktəbinin “BHOS1” komandaları isə 3-cü yerə layiq görülüb.

Tədbirdə olimpiadanın qalibləri HP və Nar Mobile şirkətlərinin qiymətli hədiyyələri və Fəxri Fərmanlarla təltiv edilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın 2007-2015-ci illər üzrə qalibləri


 

İl

Komandalar

Təhsil müəssisəsi

Yer

2015

Qafqaz Programmers

AzTU1

ADA U4

NAA50

ADNA1

BHOS1

Qafqaz Universiteti

Azərbaycan Texniki Universiteti

ADA Universiteti
Milli Aviasiya Akademiyası

Azərbaycan Dövlət Neft Akademiyası
Bakı Ali Neft Məktəbi

I

II

II

III

III

III

2014

Qafqaz Programmers

Baku MSU 1

Qafqaz U 4

Qafqaz U

BSU-NET

Qafqaz Universiteti

M.V.Lomonosov adına MDU Bakı filialı Qafqaz Universiteti

Qafqaz Universiteti

Bakı Dövlət Universiteti

I

II

III

IV

IV

2013

Qafqaz Programmers

Qafqaz U 5

Qafqaz U 3

Qafqaz Şahinləri

MSU Programmers

Norbet

Qafqaz Universiteti

Qafqaz Universiteti

Qafqaz Universiteti

Qafqaz Universiteti

M.V.Lomonosov adına MDU Bakı filialı Bakı Dövlət Universiteti

I

II

II

III

III

III

2012

Qafqaz Programmers

Norbet

Baku Qafqaz U 3

Baku Qafqaz U 7

Qafqaz Universiteti

Bakı Dövlət Universiteti

Qafqaz Universiteti

Qafqaz Universiteti

I

II

III

IV

2011

Qafqaz Programmers

Baku Qafqaz U 3

Qafqaz Şahinləri

Baku Qafqaz U 4

Stream

Qafqaz Universiteti

Qafqaz Universiteti

Qafqaz Universiteti

Qafqaz Universiteti

M.V.Lomonosov adına MDU Bakı filialı

I

II

III

III

III

2010

autorun.inf

LEKER

DOOM

Qafqaz Şahinləri

Bakı Dövlət Universiteti

Azərbaycan Dövlət Neft Akademiyası

M.V.Lomonosov adına MDU Bakı filialı

Qafqaz Universiteti

I

II

III

IV

2009

Overflow

Qafqaz Şahinləri

BSU1

Bakı Dövlət Universiteti

Qafqaz Universiteti

Bakı Dövlət Universiteti

I

II

III

2008

Qafqaz Şahinləri

İNF 14

ENG 1

Qafqaz Universiteti

Bakı Dövlət Universiteti

Bakı Dövlət Universiteti

I

II

III

2007

Qafqaz Şahinləri

ADNA-1

AzTU-3

Qafqaz Universiteti

Azərbaycan Dövlət Neft Akademiyası

Azərbaycan Texniki Universiteti

I

II

III

 

Son yeniliklər


Qafqaz Universitetində “41-ci ACM ICPC - Universitet Tələ...

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan Bölm ətraflı oxu »

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi...

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi E-days16 (Engineering days) ətraflı oxu »

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi ...

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi tələbələrinə təcrübə keçmə imkanla ətraflı oxu »

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali ...

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali məktəb tələbələri arasında informatika üzr ətraflı oxu »