“Ali məktəblər arasında İnformatika Olimpiadası”

“Ali məktəblər arasında İnformatika Olimpiadası”
21 May 2011 02:00 | Baxılıb: 714

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

Heydər Əliyev Fondu

Azərbaycan Respublikası Təhsil Nazirliyi

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun

 

təşkilatçılığı ilə 17 may Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə, “Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadası” 2011-ci ildə növbəti 6-cı dəfə keçirilmişdir.

Olimpiadada iştirak üçün respublikanın 10 ali təhsil müəssisəsindən 47 komanda (hər komandada 3 nəfər) müraciət etmiş və qeydiyyatdan keçmişdir:

Qafqaz Universiteti – 10 komanda
Moskva Dövlət Universitetinin Bakı filialı – 9 komanda
Azərbaycan Dövlət Neft Akademiyası – 8 komanda
Azərbaycan Texniki Universiteti – 6 komanda
Bakı Dövlət Universiteti – 4 komanda
Gəncə Dövlət Universiteti – 4 komanda
Naxçıvan Dövlət Universiteti – 2 komanda
Milli Aviasiya Akademiyası – 2 komanda
Xəzər Universiteti – 1 komanda
Sumqayıt Dövlət universiteti – 1 komanda

17 aprel 2011-ci il tarixində Qafqaz Universitetində olimpiadanın birinci mərhələsi keçirilmişdir. Birinci mərhələdə respublikanın 6 ali təhsil müəssisəsindən 24 komanda müvəffəqiyyət qazanaraq olimpiadanın final mərhələsinə vəsiqə qazanmışdır.

Qafqaz Universiteti – 7 komanda
Moskva Dövlət Universitetinin Bakı filialı – 6 komanda
Azərbaycan Texniki Universiteti – 4 komanda
Bakı Dövlət Universiteti – 3 komanda
Azərbaycan Dövlət Neft Akademiyası – 3 komanda
Naxçıvan Dövlət Universiteti –1 komanda

07 may 2011-ci il tarixində olimpiadanın FİNAL mərhələsi Qafqaz Universitetində keçirilmişdir. Müsabiqədə I, II, III yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.

I YER

Qafqaz Programmers komandası

Kamran Məhərov (Kompüter Mühəndisliyi 4)

Rauf Ağayev (Kompüter Mühəndisliyi 5)

Vüqar Ağayev (Kompüter Mühəndisliyi 4)

II YER

Baku Qafqaz U3 komandası

Ələkbər Vəlizadə (Kompüter Mühəndisliyi 3)

Elşad Seyidməmmədov (Kompüter Mühəndisliyi 3)

Sevdi Mürsəlov (Kompüter Mühəndisliyi 3)

 III YER

Qafqaz Şahinləri komandası

Şəhriyar Novruzov (Kompüter Mühəndisliyi 4)

Xəyyam Quliyev (Kompüter Mühəndisliyi 3)

Hidayət Soltanzadə (Kompüter Mühəndisliyi 3)

Son yeniliklər


Kompüter Mühəndisliyinin 4 tələbəsi Azercell-in Təqaüdçüs...

Qafqaz Universiteti Kompüter Mühəndisliyi bölməsinin 4 tələbəsi (Hikmət Cəfərli, Rəsul Kərimov, ətraflı oxu »

Qafqaz Universitetinin tələbələri NetWork Training Center...

Dekabrın 19-da NetWork Training Center-in təşkilatçılığı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Ed ətraflı oxu »

Qafqaz Universiteti Kompüter və İnformasiya Texnologiyala...

16 dekabr 2016-ci il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rabitə və informasiya texnologiyaları s ətraflı oxu »

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Təl...

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfin ətraflı oxu »