“OCM imtahanına gedən yol” görüşü

“OCM imtahanına gedən yol” görüşü
01 Nov 2014 15:08 | Baxılıb: 272

“OCM imtahanına gedən yol” görüşü

Noyabr ayının 1-ində, Qafqa Universitetində Azərbaycan Oracle İstifadəçilər Qrupu (AzerOUG) növbəti görüşünü keçirtdi. Bu görüşün əsas məqsədi, İT sahəsinin ən ağır imtahanlarından sayılan Oracle Certified Master imtahanına hazırlıq barəsində idi

Görüşü, universitetin Komputer Mühəndisliyi bölməsinin müdiri, Abzetdin Adamov açdı və görüşə gələn iştirakçıları salamladı. Daha sonra, Oracle şirkətinin nümayəndəsi, Rüfət Sadiqov çıxış etdi və İstifadəçilər Qrupuna Oracle şirkəti adından təşəkkür etdi

İlk çıxışı, AzerCell şirkətinin Oracle DBA mütəxəssisi, Kamran Ağayev etdi. Oracle Certified Master imtahanının əhəmiyyətindən danışdıqdan sonra, o, imtahana hazırlıq metodunu iştirakçılarla paylaşdı və bu yolda hansı materiallardan hansı formada istifadə etməyin qaydalarını göstərdi. Fasilədən öncə, görüşün sponsorlarından olan Gulf şirkətinin nümayəndəsi, şirkəti haqqında məlumat verdi. Sonra, Rahim Əhmədov və Ramin Səmədov bir neçə həftə öncə işıq üzü görmüş PL/SQL kitabları haqqında söhbət açdılar və kiçik prezentasiya ilə kitabları barədə geniş məlumat verdilər.

Sonra, cofee break elan edildi və fasilədən sonra, AzerCell şirkətinin proqramçı mütəxəssisi Vüsal Xəlilov çıxış etdi. Vüsal, öz çıxışında OCM Java Enterprise Architect imtahanından məlumat verdi. OCM Sertifikasiyasının əhəmiyyətindən geniş danışan Vüsal, eyni zamanda imtahana hazırlaşma metodlarından və resurslarından geniş şəkildə məlumat verdi.

Digər görüşlər kimi, bu görüşümüz də çox uğurlu keçdi. Görüşümüzə sponsorluq edən Qafqaz Universiteti və Gulf tədris mərkəzinə öz təşəkkürümüzü bildiririk və inşallah sizləri növbəti görüşlərimizdə böyük səbirsizliklə gözləyəcəyik.

 

Son yeniliklər


Kompüter Mühəndisliyinin 4 tələbəsi Azercell-in Təqaüdçüs...

Qafqaz Universiteti Kompüter Mühəndisliyi bölməsinin 4 tələbəsi (Hikmət Cəfərli, Rəsul Kərimov, ətraflı oxu »

Qafqaz Universitetinin tələbələri NetWork Training Center...

Dekabrın 19-da NetWork Training Center-in təşkilatçılığı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Ed ətraflı oxu »

Qafqaz Universiteti Kompüter və İnformasiya Texnologiyala...

16 dekabr 2016-ci il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rabitə və informasiya texnologiyaları s ətraflı oxu »

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Təl...

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfin ətraflı oxu »