7-ci Beynəlxalq Konfrans İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi

7-ci Beynəlxalq Konfrans  İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi
23 Oct 2013 17:17 | Baxılıb: 467

AICT2013 7-ci Beynəlxalq Konfransı Azərbaycan Respublikası, Bakı şəhərində 23-25 oktyabr 2013-cü il tarixlərində keçiriləcəkdir. AICT2013 Beynəlxalq Konfransı İKT-nin  təhsildə və təlimdə, elm və tədqiqatlarda, idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində,  dövlət strukturlarında, kommunikasiya və rabitə sahələrində yeni və keyfiyyətli tədqiqatlar  aparan elm adamlarını bir araya gətircəkdir. Konfransın əsas məqsədi ümumi maraq və  problemlər ətrafında birləşmiş, dünyanın müxtəlif guşələrindən olan elm adamları və  mühəndisləri eyni coğrafi məkana toplamaqdır. Bu konfrans adı çəkilən sahələrdə çalışan və  ya təhsil alan insanlara öz elmi işlərini geniş auditoriyada tətbiq etmək, geniş dairəli  məsələlərin optimal həllərini tapmaq imkanı verən ən məşhur elmi konfranslardan biri
olacaqdır.
AICT2013 konfransı Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti,  Lomonosov adına Moskva Dövlət Universiteti və universitetin Bakı filialı, Azərbaycan Texniki  Universiteti, AMEA İnformasiya Texnologiyaları İnstitutu, SOCAR İT və Kommunikasiya  şöbəsi, Moskva İnformasiya Texnologiyaları İnstitutu, IEEE Azərbaycan şöbəsi, İnformasiya  Texnologiyaları Beynəlxalqlaşdırma Tədqiqat Mərkəzi (Koreya) və Elektrotexnika və  Elektronika Mühəndislər İnstitutunun texniki dəstəyi ilə keçirilir.
AICT2013 Beynəlxalq Konfransının əsas mövzuları aşağıdakılardır:

  • İKT tətbiqində muasir nəaliyyətlər 
  • Böyuk verilərin idarəedilməsi və tətbiqi 
  • Verilənlərin Emalı və Verilənlər Mühəndisliyi 
  • Kiber təhlükəsizlik problemləri 
  • Kommunikasiya, şəbəkə və avadanlıqlar 
  • Biznes, idarəetmə və iqtisadiyyatda İKT 
  • Dövlət xidmətlərində İKT 
  • Elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT 
  • Tibb və səhiyyədə İKT Konfransa dünyanın 26 ölkəsindən, o cümlədən Türkiyə, Rusiya, ABŞ, Kanada, Almaniya, 

İtaliya, Qazaxstan, Qırğızstan, Cənubi Koreya, Gürcüstan, Hindistan, Çin, Azərbaycan və başqa ölkələrdən 150-yə qədər tədqiqatçı alim, mühəndis və gənc mütəxəssislər tərfindən  məruzələr göndərilmişdir.
AICT2013 konfransı çərçivəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Bunlardan bəziləri:

  •  8-ci Beynəlxalq İnformasiya Təhlükəsizliyi Tədqiqat Konsorsium (IISRC) Konfransı; 
  •  27-ci Kompyuter Mühəndisliyi Bölmələri Müdirləri Beynəlxalq Sammiti; 
  •  Koreyanın Beynəlxalq İnformasiya Texnologiyalarının Tədqiqat Mərkəzinin 

İntellektual İKT adlı simpoziumu (ITPA 2013);

  • Dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş yüksək texnologiyalar və elm 

sahəsində tanınmış mütəxəssislər tərəfindən seminar və təlimlərin keçirilməsi;

  • Mühəndislik sahəsində ən qabaqcıl yer tutan, mərkəzi ofisi ABŞ-da yerləşən 

Elektrotexnika və Elektronika Mühəndislər İnstitutunun (IEEE) elektron kitabxanalar
və nəşrlər sərgisinin keçirlməsi.

AICT2013 Beynəlxalq Konfransı haqqında daha ətraflı məlumat almaq
üçün: www.aict.info
AICT2013 Konfransının Təşkilat Komitəsi,
Tel: +99412 4482862, +99412 4482863,
Fax: +99412 4482861,
E-mail: aict@qu.edu.az,
Website: www.aict.info/2013,
Qafqaz University,
Həsən Əliyev küç. 120, Xırdalan, AZ0101 AZƏRBAYCAN

Son yeniliklər


Qafqaz Universitetində “41-ci ACM ICPC - Universitet Tələ...

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan Bölm ətraflı oxu »

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi...

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi E-days16 (Engineering days) ətraflı oxu »

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi ...

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi tələbələrinə təcrübə keçmə imkanla ətraflı oxu »

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali ...

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali məktəb tələbələri arasında informatika üzr ətraflı oxu »