Azərbaycan komandaları 40-cı ACM ICPC 2015-2016 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz Açıq Çempionatında iştirak edib

Azərbaycan komandaları 40-cı ACM ICPC 2015-2016 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz Açıq Çempionatında iştirak edib
09 Dec 2015 14:16 | Baxılıb: 111

Azərbaycan komandaları 40-cı ACM ICPC 2015-2016 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz Açıq Çempionatında iştirak edib

 

Azərbaycanın 9 ali təhsil müəssisələrindən olan 15 komanda (hər komandada 3 tələbə) 5-7 dekabr 2015-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində (Georgian Technical University) keçirilmiş 40-cı ACM ICPC NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz Açıq Çempionatında iştirak edib.

 

Müsabiqələrdə:

 

ADA Universiteti - 3 komanda

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 1 komanda

Azərbaycan Universiteti - 1 komanda

Bakı Ali Neft Məktəbi - 1 komanda

Bakı Dövlət Universiteti - 3 komanda

M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı fililalı - 1 komanda

Naxçıvan Dövlət Universiteti - 1 komanda

Qafqaz Universiteti - 3 komanda

Xəzər Universiteti - 1 komanda

 

ilə təmsil olunub.

 

5 dekabr 2015-ci il tarixində müsabiqənin birinci günü sınaq turu keçirilib. Sınaq turunda komandalara 2 saat ərsində 20 alqoritmik məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmə tapşırığı verilmişdir.

 

6 dekabr 2015-ci il tarixində müsabiqənin ikinci günü yarımfinalın komanda müsabiqəsi keçirilib.  Komanda müsabiqəsində NEERC regionu üzrə Rusiya Federsiyası, Belarus Respublikası, Azərbaycan Respublikası, Gürcüstan Respublikası, Ermənistan Respublikası, Latviya Respublikası, Litva Respublikası, Estoniya Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Özbəkistan Respublikasının ali təhsil müəssisələrindən 226 komanda iştirak edib. Müsabiqədə komandalara 5 saat ərsində 12 alqoritmik məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmə tapşırığı verilib.

 

https://neerc.ifmo.ru/information/index.html

 

7 dekabr 2015-ci tarixində  Cənubi Qafqaz Açıq Çempionatının fərdi müsabiqəsi keçirilib. Fərdi müsabiqədə 81 tələbə iştirak edib. Müsabiqədə iştirakçılara 4 saat ərsində 9 alqoritmik məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmə tapşırığı verilib.

 

Azərbaycan komandalarının nəticələri:

 

Komanda müsabiqəsi

 

II DƏRƏCƏLİ DİPLOM və ACM ICPC 2015-2016 Azərbaycan Çempionu

Qafqaz University 2 (Rəşad Məmmədov, Qalib Sarayev, Mahmud Allahverdiyev)

 

III DƏRƏCƏLİ DİPLOM

Qafqaz University 1 (Məhəmməd Vəliyev, Elmi Əhmədov, Təbriz Hacıyev)

Qafqaz University 3 (Məmməd Hacılı, Rəsul Kərimov, Rövşən Hüseynov)

 

YÜKSƏK NAİLİYYƏT SERTİFİKATI

Baku Branch of Moscow State University 1 (Emin Yəhyayev, Əli Vəliyev, Kamran Kazımi)

ADA University 3 (Vüqar Həsənov, Elçin Fərhadov, Ümid Süleymanov)

ADA University 2 (Əli Mustafalı, Şahnur İsgəndərli, Ramil Həsənov)

 

FƏRQLƏNMƏ SERTİFİKATI

Baku State University 1 (Toğrul Qasımov, Elvin Qəribzadə, Nəsrəddin Xıdırov)

Baku State University 6 (Murad Talıbov, Murad Məmmədov, Turxan Bədəlov)

ADA University 10 (Çingiz Hüseynzadə, Valeh Fərzəliyev, Ziyyədin Sadıqov)

Khazar University 1 (Əziz Əmrah, Cavid Atakişiyev, Fərid Məmmdov)

Baku Higher Oil School 1 (Emin Hüseynli, Əmiraslan Baxşılı, Orxan Əlixanov)

Azerbaijan University 2 (Məmməd Kərimli, Nahidə Məmmədova, Elvin Usubov)

 

FƏRDİ MÜSABİQƏ

III DƏRƏCƏLİ DİPLOM

Rəşad Məmmədov (Qafqaz Universiteti)

Məhəmməd Vəliyev (Qafqaz Universiteti)

Mahmud Allahverdiyev (Qafqaz Universiteti)



YÜKSƏK NAİLİYYƏT SERTİFİKATI

Rəsul Kərimov (Qafqaz Universiteti)

Əli Vəliyev (M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı)

Elmi Əhmədov (Qafqaz Universiteti)

Vüqar Həsənov (ADA Universiteti)

Məmməd Hacılı (Qafqaz Universiteti)

Murad Talıbov (Bakı Dövlət Universiteti)

Əli Mustafalı (ADA Universiteti)

Təbriz Hacıyev (Qafqaz Universiteti)

Ümid Süleymanov (ADA Universiteti)

Elvin Qəribzadə (Bakı Dövlət Universiteti)

Ramil Həsənov (ADA Universiteti)

Nəsrəddin Xıdırov (Bakı Dövlət Universiteti)

Qalib Sarayev (Qafqaz Universiteti)

Toğrul Qasımıv (Bakı Dövlət Universiteti)



Ramin Mahmudzadə

Regional Director

ACM ICPC NEERC Azərbaycan Subregion

 

Etibar Seyidzadə
ACM ICPC NEERC Azərbaijan subregional

Chief of Jury and coordinator

NAPCAR

 

 

Son yeniliklər


Qafqaz Universitetində “41-ci ACM ICPC - Universitet Tələ...

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan Bölm ətraflı oxu »

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi...

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi E-days16 (Engineering days) ətraflı oxu »

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi ...

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi tələbələrinə təcrübə keçmə imkanla ətraflı oxu »

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali ...

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali məktəb tələbələri arasında informatika üzr ətraflı oxu »