Azərbaycan komandaları Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma müsabiqəsində iştirak edib

Azərbaycan komandaları Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma   müsabiqəsində iştirak edib
22 Apr 2015 14:32 | Baxılıb: 335

Azərbaycan komandaları Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma

 müsabiqəsində iştirak edib

 

18-20 aprel 2015 tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində Tbilisi Dövlət Universitetinin bazasında Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycan 5 ali təhsil müəssisəsindən 7 komanda ilə təmsil olunub:

 

Qafqaz Universiteti – 2 komanda (6 tələbə)
Azərbaycan Texniki Universiteti – 2 komanda (4 tələbə)
ADA Universiteti – 1 komanda (3 tələbə)
Azərbaycan Universiteti – 1 komanda (3 tələbə)
Odlar Yurdu Universiteti - 1 komanda (2 tələbə)

 

18 aprel 2015 tarixində müsabiqənin birinci günü tələbələr fərdi müsabiqədə iştirak edib.  Fərdi müsabiqədə müxtəlif ölkələrdən 186 tələbə iştirak edib. Tələbələrə 4 saat ərzində 8 məsələni həll etmək (proqramını tərtib etmək) və avtomatik qiymətləndirmə sisteminə göndərmə tapşırığı verilib.

 

19 aprel 2015 tarixində müsabiqənin ikinci günü tələbələr komanda müsabiqəsində iştirak edib. Kommanda müsabiqəsində 142 komanda iştirak edib. Tələbələrə 5 saat ərzində 11 məsələni həll etmək (proqramını tərtib etmək) və avtomatik qiymətləndirmə sisteminə göndərmə tapşırığı verilib.

 

20 aprel 2015 tarixində müsabiqənin üçüncü günü nəticələr elan edilib və mükafatlandırma mərasimi keçirilib.


Fərdi müsabiqədə Azərbaycan Universitetlərindən  olan tələbələr:

 

  • Təbriz Hacıyev (Qafqaz Universiteti) - Certificate of High Achievement
  • Məhəmməd Vəliyev (Qafqaz Universiteti) - Certificate of High Achievement
  • Mahmud Allahverdiyev (Qafqaz Universiteti) - Certificate of Achievement Honorable Mention
  • Rəşad Məmmədov (Qafqaz Universiteti) - Certificate of Achievement Honorable Mention
  • Tural Seyidnurlu (Odlar Yurdu Universiteti) - Certificate of Achievement Honorable Mention
  • Elmi Əhmədov (Qafqaz Universiteti) - Certificate of Achievement Honorable Mention
  • Qalib Sarayev (Qafqaz Universiteti) - Certificate of Achievement Honorable Mention
  • Aydın Rzayev (ADAU) - Certificate of Achievement Honorable Mention
  • Şahnur İsgəndərli (ADAU) - Certificate of Achievement Honorable Mention
  • Tərlan Abdullayev (AzTU) – Certificate of Achievement Honorable Mention
  • Abduxaliq Emçiyev (AzTU) – Certificate of Achievement Honorable Mention

 

Komanda müsabiqəsində:

 

  • Baku Qafqaz U 1 - QU (Məhəmməd Vəliyev, Elmi Əhmədov, Təbriz Hacıyev) - Certificate of High Achievement
  • Baku Qafqaz U 2 - QU (Rəşad Məmmədov, Qalib Sarayev, Mahmud Allahverdiyev) - Certificate of Achievement Honorable Mention
  • Baku Odlar Yurdu – OYU (Orxan Daşdəmirov, Tural Seyidnurlu) - Certificate of Achievement Honorable Mention
  • Azerbaijan TU 1 – AzTU (Tərlan Abdullayev, Əli Mahmudzadə) - Certificate of Achievement Honorable Mention
  • Baku AZ U – AU (Rəşid Abbaszadə, Vaqif Gülməmmədov, Cavid Həsənli) - Certificate of Achievement Honorable Mention
  • Azerbaijan TU 2 – AzTU- (Abduxaliq Emçiyev, Nərgiz Rəhimova) - Certificate of Achievement Honorable Mention

 

ilə təltif olunub.

 

 

Etibar Seyidzadə
Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma müsabiqəsinin
Azərbaycan üzrə koordinatoru

 

NAPCAR

Son yeniliklər


Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Təl...

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfin ətraflı oxu »

Qafqaz Universitetində “41-ci ACM ICPC - Universitet Tələ...

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan Bölm ətraflı oxu »

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi...

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi E-days16 (Engineering days) ətraflı oxu »

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi ...

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi tələbələrinə təcrübə keçmə imkanla ətraflı oxu »