Azərbaycanda Birinci İnformasiya Təhlükəsizliyi Seminarı Müvəffəqiyyətlə Yekun Vurulmuşdur.

Azərbaycanda Birinci İnformasiya Təhlükəsizliyi Seminarı Müvəffəqiyyətlə Yekun Vurulmuşdur.
26 Jun 2012 22:35 | Baxılıb: 583

19-20 İyun 2012-ci il tarixlərində Qafqaz Universitetində Birinci informasiya təhlükəsizliyi seminarı keçirilmişdir. Qafqaz Universitetinin BM Technologies, BitDefender, Lancelot Institutu və IEEE Kompüter Cəmiyyətinin Azərbaycan Bölməsi ilə birgə təşkil etdiyi seminarı açılış nitqi ilə salamlayan seminarın təşkilat komitəsinin sədri dos. Abzəddin Adamov bügunki həyatımızın hər bir yerində (iş yerimizdə, ünsiyyətdə, təhsildə, əyləncədə və digər yerlərdə)  tətbiq etdiyimiz kompüter şəbələri infrastrukturunda şəxsi, maliyyə və dövlətə məxsus informasiyaların toplanılması, istifadəsi və saxlanılması  əsas problemlərdən biri olduğunu qeyd etmişdir. Giriş sözləri ilə çıxış edən Qafqaz Universitetinin rektoru prof. Dr. Ahmet Saniç və BM Technologies şirkətinin direktoru Elçin Zeynalov informasiya sistəmlərinin təhlükəsizliyinin çöx əhəmiyyətli olduğunu vurğulamışlar. Təşkil edilmiş seminarın əsas məqsədi uzun illər ərzində əldə edilmiş dəyərli  təcrübələri ali təhsil müəssisələri, dövlət, biznes, özəl sektor və digərləri ilə paylaşmaq və eyni zamanda sayber aləmdə həssas və məxfi məlumatların qorunması üçün effektiv həllərin tapılması olmuşdur. Seminara 40-dan çox dövlət və özəl müəssisələrdən yüz otuza yaxın əməkdaş iştirak etmişdir.
 
Beynəlxalq səviyyədə tanınmış təlimçilər-Tina Amper (Lancelot Institute), Ligia Adam və Catalin Cosoi (BitDefender)  tərəfindən verilmiş bu seminar aşağıdakı mövzuları əhadə edir:
 
•       İnformasiya Təhlükəsizliyinə Giriş
•       Təhlükəsizlik Tədbirləri və Zəif Nöqtələr
•       Mobil Proqramların Təhlükəsizliyinə Giriş
•       Web Proqramların Təhlükəsizliyi Həlləri və Əldə Edilmiş Təcrübələrin Analizi
•       Bulud Şəbəkələrində (Cloud Computing) İnformasiyanın təhlükəsizliyi 
 
Bildirmək istərdik ki, yerli təşkilatçılardan olan BM Technologies İnformasiya Təhlükəsizliyi sahəsində  artıq bir neçə uğurlar qazanmışdır. Belə ki “BM Technologies” şirkəti artıq bu sahəni öz əsəs prioritet sahələrindən biri elan etməklə,  ilk dəfə Azərbaycan dilində Antivirus proqram təminatı - B.A.K.U. Antivirus proqramının Rus və İngilis dillərində istifadəçi interfeysini hazırlamaqla, məhsulu artıq 3 dildə istifadəçilərə təqdim etmişdir. Bundan əlavə şirkət təqdim etdiyi Digər tərəfdən “BM Technologies” şirkəti dünyanın ən güclü Antivirus Proqram təminatçılarından olan   “Bitdefender” şirkəti ilə rəsmi əməkdaşlıq müqaviləsi imzalamışdır (Technology Partner). 
 
Bununla yanaşı Qafqaz Universiteti 23-26 Aprel 2012-ci il tarixlərində Almaniyanın Munih şəhərində “Dövlət Qurumları ilə Əməkdaşlıq, Vətəndaş və Biznes Cəmiyyətində İnformasiya Təhlükəsizliyinin Təmini və Terrorizminə Qarşı Mübarizə” mövzusunda altıncı beynəlxalq forum və Beynəlxalq İnformasiya Mühafizə Araşdırma Konsorsiumunun ("IISRC - International Information Security Research Consortium") təşkil etdiyi beşinci elmi konfransda iştirak etmiş və eyni zamanda adı çəkilən quruma səlahiyyətli üzv seçilmişdir. Xatirlatmaq istərdik ki, Qafqaz Universiteti 25-27 Oktyabr 2011-ci il tarixlərində Çinin Çanqşa şəhərində təşkil edilmiş eyni adlı konfransın beşinci formunda iştirak etmiş və konsorsium üzvlüyünə müraciət etmişdir. Bununla yanaşı Lomonosov adına Moskva Dövlət Universitetinin İnformasiya Təhlükəsizlik Məsələləri İnstitutu arasında IISRC-in fəaliyyətləri çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb. Əsas təşkilatçılardan olan Qafqaz Universitetinin 17-19 Oktyabr 2012-ci tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində təşkil edəcək AICT2012 beynəlxalq konfransında (www.aict.info/info) İnformasiya Təhlükəsizliyi haqqında yeni sessiyanın yaradılması və s. bu silsilədən olan fəaliyyətlər, təhsil müəssisəsinin ən prioritetli sahələrindən birinə cevrilmişdir.

Son yeniliklər


Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Təl...

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfin ətraflı oxu »

Qafqaz Universitetində “41-ci ACM ICPC - Universitet Tələ...

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan Bölm ətraflı oxu »

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi...

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi E-days16 (Engineering days) ətraflı oxu »

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi ...

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi tələbələrinə təcrübə keçmə imkanla ətraflı oxu »