Azərbaycanda ilk IEEE Seminarı

Azərbaycanda ilk IEEE Seminarı
http://ieee.qu.edu.az | 18 Jan 2011 01:00 | Baxılıb: 1694

Sürətli dəyişikliklərin olduğu dövrümüzdə ən doğru sərmayə özümüzə qoyulan sərmayədir – elə buna görə də IEEE-yə üzv olmaq çox əhəmiyyətlidir.

Yəqin ki, bu ifadəni eşitmişsiniz: “Ehtiyac kəşfin anasıdır”. Mükəmməlliyə, məhsuldarlığa, daha ucuz texnologiyaya və kəşfə əvvəlkindən daha çox tələb olduğunu hamımız görürük.

IEEE – Institute of Electrical and Electronics Engineers www.ieee.org)

IEEE sizi mühəndislik və texnologiya dünyasındakı mükəmməllik və məhsuldarlıq ilə birgə olmanızı təmin edəcəkdir.

* Texnologiyanın ən yüksək nöqtəsində olmanızı təmin edəcəkdir

* Texnologiya və standartlar yaradanlar arasında olmanızı təmin edəcəkdir

* Sizinlə eyni sahədə çalışan yerli və beynəlxalq mütəxəssislərlə birləşdirəcəkdir

* Gələcək əsrin mühəndislərini və texnologiyalarının hazırlanmasında dəstəkləyəcəkdir

Mütəxəssis dərəcəniz nə olursa olsun, IEEE bu dərəcəni artıracaq imkanlara sahibdir. IEEE üzvü olmaq IEEE-nin missiyasını təşkil edən texnoloji innovasiya və mükəmməlliyin vasitəsilə insanlığa xidmət etməyi dəstəkləməkdədir.

2011-ci ildə edəcəyimiz ən doğru sərmayə özümüzə qoyduğumuz sərmayə olacaqdır və bunu IEEE üzvü olmaqla reallaşdırın. Bugün IEEE üzvü olun və 2011-ci ilin sonuna qədər IEEE imkanlarından istifadə edin.

IEEE təşkilatı və IEEE üzvü olanın üstünlükləri haqqında informasiya vermə məqsədilə sizi 26 yanvar 2011 tarixində Qafqaz Universitetində təşkil olunacaq “IEEE üzvü olmağın Fayda və İmkanları” mövzusunda ilk IEEE seminarına dəvət edirik. Seminarda həm də IEEE ilə bağlı müxtəlif broşür və materiallar paylanacaq. Seminar haqqında daha ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün http://ieee.qu.edu.az saytını ziyarət edin.

Son yeniliklər


Kompüter Mühəndisliyinin 4 tələbəsi Azercell-in Təqaüdçüs...

Qafqaz Universiteti Kompüter Mühəndisliyi bölməsinin 4 tələbəsi (Hikmət Cəfərli, Rəsul Kərimov, ətraflı oxu »

Qafqaz Universitetinin tələbələri NetWork Training Center...

Dekabrın 19-da NetWork Training Center-in təşkilatçılığı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Ed ətraflı oxu »

Qafqaz Universiteti Kompüter və İnformasiya Texnologiyala...

16 dekabr 2016-ci il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rabitə və informasiya texnologiyaları s ətraflı oxu »

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Təl...

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfin ətraflı oxu »