Kompüter Mühəndisliyinin dillər məktəbində oxuyan tələbələri ilə görüş keçirildi

Kompüter Mühəndisliyinin dillər məktəbində oxuyan tələbələri ilə görüş keçirildi
17 Dec 2015 22:13 | Baxılıb: 121

Kompüter Mühəndisliyinin dillər məktəbində oxuyan tələbələri ilə görüş keçirildi

 

17.12.2015-cü il tarixində Kompyuter Mühəndisliyinin dillər məktəbində oxuyan tələbələri ilə görüş keçirildi. İclasa gələn tələbələri salamlamaq üçün   tədris işləri üzrə bölmə müdir müavini Anar Xocayev müəllim çıxış etdi. Sonra tələbələrə tələbə məlumat sistemi, 4 il ərzində hansı  dərslər keçiriləcək haqqında məlumat verdi

Sonra bölmənin müəllimi Aynurə Ələkbərova çıxış etdi. Tələbələrə ingilis dilinin vacibliyini, tələbələrə 4 il ərzində tədrislərində ingilis dilini yaxşı  mənimsəmələrini tövsiyyə etdi.

Daha sonra bölmənin müəllimi Ümit İlhan çıxış etdi. Tələbələrə kompüter mühəndisliyi kimdi, hansı sahələri var, hansı şöbələrdə işləmək olar, məzunlarımızın hansı  yerlərdə işlədikləri barəsində geniş məlumat verdi.

Sonra bölmənin baş müəllimi Etibar Seyidzadə tələbələrə proqramlaşdırma olimpiadaları haqqında məlumat verdi. İndiyə kimi qazanılmış nailiyyətlər haqqında geniş məlumat verdi. Bundan başqa tələbələrə olimpiada hazırlıq dərslərinə tələbələrin qatılmasını tövsiyyə etdi.

Ən sonda tərbiyyə üzrə müdir müavini Əli Həsənov tələbələrə təlim, tərbiyyə, sosial fəaliyyətlər, klublar haqqında məlumat verdi. 

Sonda tələbələr və müəllimlər bərabər xatirə şəkilləri çəkdirdilər. Tələbələr xoş təsüratla ayrıldılar.

Son yeniliklər


Qafqaz Universitetində “41-ci ACM ICPC - Universitet Tələ...

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan Bölm ətraflı oxu »

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi...

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi E-days16 (Engineering days) ətraflı oxu »

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi ...

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi tələbələrinə təcrübə keçmə imkanla ətraflı oxu »

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali ...

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali məktəb tələbələri arasında informatika üzr ətraflı oxu »