Kompyuter Mühəndisliyi bölməsinin əməkdaşları bölmənin Ingilis dili hazırlığında oxuyan tələbələri ilə görüşü

Kompyuter Mühəndisliyi bölməsinin əməkdaşları bölmənin Ingilis dili hazırlığında oxuyan tələbələri ilə görüşü
11 Dec 2013 13:52 | Baxılıb: 689

29.11.2013 tarixində Kompyuter Mühəndisliyi bölməsinin əməkdaşları bölmənin hazırlıqda oxuyan tələbələri ilə görüş keçirmişdir. Görüşdə tələbələrə universitetin strukturu, bölmənin istiqaməti, tədris sistemi və tələbələr üçün lazım olan məlumatlar verildi. İlk çıxışı müəllim Ümit İlhan edərək Kompyuter mühəndisliyi böləsi haqqında tələbələrə məlumat verdi. Daha sonra isə hazırlıqda oxuyan tələbələrin xarici dil vərdişlərini inkişaf etdirirkən bunun bərabər  öz ixtisasları ilə əlaqəli bilikləri öyrənməyə başlamarlrını vacibliyi haqqında məlumat verdi. Sonra bölmənin digər əməkdaşı Əhəd Məmmədov çıxış edərək bölmənin fəaliyyətləri haqqında ətraflı məlumat verdi. Kompyuter  mühəndisliyi son kursda oxuyan və ACM cəmiyyətinin Qafqaz Universitetindəki təmsilçisi olan Nadir Hacıyev tələbələrə  www.code.org  haqqında və yanvar ayının 9-15 arasında keçiriləcək  olan Computer Science Education Week  (Kompyuter Elmləri Təhsil Həftəsi) tədbiri haqqında ətraflı məlumat verdi. Sonda bölmə müdiri köməkçisi müəllim Anar Xocayev çıxış edərək İnformatika olimpiadaları və müsabiqələr haqqında və tələblərin kompyuter mühəndisliyi ixtisasında professional mütəxəssis kimi yetişmələri üçün nələrə diqqət edəcəkləri ilə bağlı öz dəyərli tövsiyələrini verdi. 

 

Son yeniliklər


Kompüter Mühəndisliyinin 4 tələbəsi Azercell-in Təqaüdçüs...

Qafqaz Universiteti Kompüter Mühəndisliyi bölməsinin 4 tələbəsi (Hikmət Cəfərli, Rəsul Kərimov, ətraflı oxu »

Qafqaz Universitetinin tələbələri NetWork Training Center...

Dekabrın 19-da NetWork Training Center-in təşkilatçılığı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Ed ətraflı oxu »

Qafqaz Universiteti Kompüter və İnformasiya Texnologiyala...

16 dekabr 2016-ci il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rabitə və informasiya texnologiyaları s ətraflı oxu »

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Təl...

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfin ətraflı oxu »