Kompyuter Mühəndisliyi tələbələri Azercell şirkətinin qonağı oldular

Kompyuter Mühəndisliyi tələbələri Azercell şirkətinin qonağı oldular
17 Apr 2015 00:47 | Baxılıb: 334

Kompyuter Mühəndisliyi tələbələri Azercell şirkətinin qonağı oldular

 

Aprelin 16-da Qafqaz Universiteti Kompüter Mühəndisliyi bölməsinin 2-ci sinif tələbələri və 2 rəhbər müəllimi Əli Həsənov və Kenan Kılıç Azercellin qonağı oldu. Qonaqlara mobil rabitənin işləmə prinsipləri barədə geniş məlumat verildikdən sonra, onlar  İnsan Qaynaqları departamentində gündəlik iş axını, işçilərin inkişafının təşkili və təcrübə proqramı ilə tanış olublar.Daha sonra qonaqlar Şəbəkə Əməliyyat Mərkəzinin Nəzarət otaqlarına dəvət olunub. Həmin nəzarət mərkəzlərində qonaqlara serverlər göstərilib, onların işləmə prinsipləri izah olunub. Burada Azercellin ilk müqaviləsi və 1996-cı ildə Heydər Əliyev tərəfindən ilk mobil zəng edildiyi Ericsonn mobil telefonu göstərilib. Tanışlıqdan sonra qonaqlar ilə Azercell əməkdaşları arasında maraqlı müzakirələr aparılıb. 

 Qeyd etmək yerinə düşərdi ki, Azercell ilə Qafqaz Universiteti arasında neçə illik səmərəli əməkdaşlıq mövcuddur. Qafqaz Universitetinin tələbələri şirkətin innovativ Barama layihəsi çərçivəsində araşdırma aparıblar. Universitet tələbələri həmçinin, Azercellin Tələbə Təqaüdü proqramında da iştirak edirlər. Şirkətin mütəxəssisləri məhz Qafqaz tələbələri üçün Yeni Nəsil Texnologiyaları üzrə təlim keçir. Bundan əlavə Qafqaz Universitetində ilk dəfə olaraq Azercell tərəfindən 4 G laboratoriyası quraşdırılıb.
 
 

Son yeniliklər


Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Təl...

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfin ətraflı oxu »

Qafqaz Universitetində “41-ci ACM ICPC - Universitet Tələ...

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan Bölm ətraflı oxu »

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi...

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi E-days16 (Engineering days) ətraflı oxu »

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi ...

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi tələbələrinə təcrübə keçmə imkanla ətraflı oxu »