Milli İnternet Mükafatının təqdimatı keçirilib

Milli İnternet Mükafatının təqdimatı keçirilib
http://www.millinet.az/index.php?sec=new | 24 Oct 2012 17:37 | Baxılıb: 540

Bu gün Qafqaz Universitetində Milli İnternet Mükafatının - Milli Net 2012  - nin təqdimatı keçirilib. Təqdimat mərasimində Milli Net təşkilatçıları və Qafqaz Universitetinin müəllim və tələbələri iştirak ediblər.
Milli Net Təşkilat Komitəsinin üzvləri Osman Gündüz və Ramin Orucov, Münsiflər Komissiyasının üzvü Abzətdin Adamov Milli Net haqqında məlumat veriblər. Milli Net –in Qaydaları və Müsabiqədə iştirak şərtləri haqqında, səsvermə prosesi haqqında, Nominasiyalar və məhdudiyyətlər haqqında geniş məlumatlar təqdimat iştirakçılarının diqqətinə çatdırılıb.
Milli Net təşkilatçıları toplantı iştirakçılarının suallarını cavablandırıblar.
Milli Net-in digər qurumlarda və təhsil müəssisələrində də Təqdimatlarnın kçeirilməsi nəzərdə tutulub.
Məlumat üçün bildiririk ki, hazıqda Milli Net-də saytların qedyiyyatının başa çatmasına 28 gün qalıb. Müsabiqəyə indiyədək 13 Nominasiya üzrə 142 sayt təqdim olunub və onlardan 120-si yarışmaya buraxılıb.
Hazırda www.millinet.az saytında qeydiyyatdan keçən iştirakçılar Müsabiqəyə buraxılan saytlara şərhlər yazmaqla münasibıtlərini bildirə bilərlər.
Noyabrın sonunda saytların qeydiyyatının, dekabrın 1-ci yarısında saytların qiymətləndrimə prosesinin başa çatdırılması nəzərdə tutulub.
Qaliblərin mükafatlandırılması və təqdimat mərasimi dekabrın 2-ci ongünlüyündə keçiriləcək.

Son yeniliklər


Kompüter Mühəndisliyinin 4 tələbəsi Azercell-in Təqaüdçüs...

Qafqaz Universiteti Kompüter Mühəndisliyi bölməsinin 4 tələbəsi (Hikmət Cəfərli, Rəsul Kərimov, ətraflı oxu »

Qafqaz Universitetinin tələbələri NetWork Training Center...

Dekabrın 19-da NetWork Training Center-in təşkilatçılığı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Ed ətraflı oxu »

Qafqaz Universiteti Kompüter və İnformasiya Texnologiyala...

16 dekabr 2016-ci il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rabitə və informasiya texnologiyaları s ətraflı oxu »

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Təl...

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfin ətraflı oxu »