Qafqaz Universiteti Texnoparkı (QUTECHNOPARK) Yeni Fikir Müsabiqəsinə start Verdi

http://www.newideacompetition.qu.edu.az/ | 01 Mar 2013 08:38 | Baxılıb: 767

Qafqaz Universiteti Texnoparkı (QUTECHNOPARK) Yeni Fikir Müsabiqəsi təşkil edir. QUTECHNOPARK və ona partnyor şirkətlərlə ortaq həyata keçirilən Yeni Fikir Müsabiqəsi təkcə Qafqaz Universiteti tələbələrinə deyil, Azərbaycanın bütün universitetlərinin tələbə və məzunlarına xitab edir.

Yeni Fikir Müsabiqəsinin keçirilməsində əsas məqsəd Azərbaycanda gənclər arasında sahibkarlığın inkişaf etdirilməsinə nail olmaqla yanaşı, texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhvə verməkdir.

Müsabiqədə iştirak etmək istəyən gənclər öz ideyalarını layihə şəklində hazırlayaraq, 25 mart 2013-cü il tarixinə kimi  www.yenifikir.az saytına daxil olaraq online qeydiyyatdan keçməlidirlər.

Yeni Fikir Müsabiqəsinin qalibləri QUTECHNOPARK  tərəfindən istər ofis şəraiti ilə, istərsə də digər amillərlə təmin edəcəkdir. Bununla belə, müsabiqənin nəticələrinə görə ilk 3 yerə sahib olan layihə müəllifləri Orta Doğu Texnik Universitetinin Texnoparkında bir ay müddətində faəliyyət göstərmək imkanı qazanacaqlar.

Yeni Fikir Müsabiqəsi haqqında ətraflı məlumat almaq istəyənlər Qafqaz Universiteti Texnoparkına (QUTECHNOPARK) mürəciət etməklə bərabər, www.yenifikir.az saytından da istifadə edə bilərlər.

Son yeniliklər


Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Təl...

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfin ətraflı oxu »

Qafqaz Universitetində “41-ci ACM ICPC - Universitet Tələ...

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan Bölm ətraflı oxu »

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi...

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi E-days16 (Engineering days) ətraflı oxu »

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi ...

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi tələbələrinə təcrübə keçmə imkanla ətraflı oxu »