Oracle sevənlər bir araya toplanıb

Oracle sevənlər bir araya toplanıb
27 Feb 2016 12:53 | Baxılıb: 114

Verilənlər Bazası Üzrə Növbəti Seminar Keçirildi

 

Qafqaz Universitetində Azərbaycan Oracle İstifadəçilər Qrupunun növbəti görüşü keçirilib.

Toplantıda 2 mövzu ətrafında çıxışlar olub.

Percona LLC-də Backup həllər üzrə keyfiyyətə nəzarət mühəndisi vəzifəsində çalışan Şəhriyar Rzayev “ MySQL verilənlər bazasının nüsxəsinin çıxarılması və bərpası üsulları” mövusunda çıxış edib.

Qeyd edək ki, Şəhriyar Rzayev  həmçinin Azərbaycan MySQL User Group-un yaradıcısıdır. Sosial mühitdə texniki fəaliyyətlərindən dolayı 2015 MySQL Contributor Award-a layiq görülüb. OCP MySQL Administrator və RHCSA sertifikatlarına sahibdir.

Bu sessiyada  MySQL-də nüsxənin çıxarılması üsulları, həmçinin bəzi crash ssenarilərlə, əyani olaraq bərpa üsulları göstərilib. Backup növləri və MySQL-ə aid vasitələr, konfiqurasiya üsulları və bir sıra əlavə məlumatlar verilib.

İkinci sesiyada isə Mərkəzi Bankın əməkdaşı Mahir Quluzadə “Oracle Verilənlər bazasının İn-Memory özəlliyi” mövzusunda çıxış edib.

Mahir M. Quluzadə AzerOUG-nin idarı heyətinin üzvüdür. Oracle Technology Network-də bir çox texniki məqalələrin müəllifidir, OTech Magazine jurnalının yazarlarındandır. 2015-ci ildən etibarən Oracle ACE mükafatına sahibdir.

http://xeberler.az/new/details/oracle-sevenler-bir-araya-toplanib--14953.htm

 

Son yeniliklər


Kompüter Mühəndisliyinin 4 tələbəsi Azercell-in Təqaüdçüs...

Qafqaz Universiteti Kompüter Mühəndisliyi bölməsinin 4 tələbəsi (Hikmət Cəfərli, Rəsul Kərimov, ətraflı oxu »

Qafqaz Universitetinin tələbələri NetWork Training Center...

Dekabrın 19-da NetWork Training Center-in təşkilatçılığı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Ed ətraflı oxu »

Qafqaz Universiteti Kompüter və İnformasiya Texnologiyala...

16 dekabr 2016-ci il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rabitə və informasiya texnologiyaları s ətraflı oxu »

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Təl...

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfin ətraflı oxu »