Qafqaz Universiteti Beynəlxalq İnformasiya Mühafizə Araşdırma Konsorsiumuna Səlahiyyətli Üzv Seçilmişdir.

Qafqaz Universiteti Beynəlxalq İnformasiya Mühafizə Araşdırma Konsorsiumuna Səlahiyyətli Üzv Seçilmişdir.
30 Apr 2012 12:05 | Baxılıb: 565

Qafqaz Universiteti Beynəlxalq İnformasiya Mühafizə Araşdırma Konsorsiumuna Səlahiyyətli Üzv Seçilmişdir.

23-26 Aprel 2012-ci il tarixlərində Almaniyanın Munih şəhərində “Dövlət Qurumları ilə Əməkdaşlıq, Vətəndaş və Biznes Cəmiyyətində İnformasiya Təhlükəsizliyinin Təmini və Terrorizminə Qarşı Mübarizə” mövzusunda altıncı beynəlxalq forum və Beynəlxalq İnformasiya Mühafizə Araşdırma Konsorsiumunun ("IISRC - International Information Security Research Consortium") təşkil etdiyi beşinci elmi konfrans təşkil edilmişdir.

Qafqaz Universiteti Kompyuter Mühəndisliyi Bölümünün rəhbəri Dr. Abzətdin Adamov BİMAK-a üzv olmaq üçün universitetin maraqları və faliyyətləri haqqında çıxış etmişdir. Qafqaz Universiteti həmçinin 25-27 Oktyabr 2011-ci il tarixlərində Çinin Çanqşa şəhərində təşkil edilmiş konfransdada iştirak etmiş və konsorsium üzvlüyə müraciət etmişdir.

Sessiya müddətindn BİMAK-ın gələcək planları və yeni üzvlük məsələləri geniş şəkildə müzakirə edilmiş, eyni zamanda Qafqaz Universitetinin quruma səlahiyyətli üzv olması digər üzvlər tərəfindən dəstəklənmişdir. Bununla yanaşı Qafqaz Universiteti və Lomonosov adına Moskva Dövlət Universitetinin İnformasiya Təhlükəsizlik Məsələləri İnstitutu arasında BİMAK-ın fəaliyyətləri çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Sonda Qafqaz Universiteti İnformasiya təhlükəsizliyi haqqında maraqlarını bir daha təsdiqləmiş və bu sahədə dünyaca məhsur BitDefender, Lancelot İnstitutu və bir neçə digər müəssisələr  ilə bir necə təlimlər təşkil edəcəyi fikri səslənilmişdir. Eyni zamanda 17-19 Oktyabr 2012-ci tarixlərində Gürcüstanın paytaxtı Tblisi şəhərində təşkil ediləcək AİCT2012 beynəlxalq konfransında İnformasiya Təhlükəsizliyi haqqında yeni sessiyanında olacağı söylənilmişdir.

 

Son yeniliklər


Kompüter Mühəndisliyinin 4 tələbəsi Azercell-in Təqaüdçüs...

Qafqaz Universiteti Kompüter Mühəndisliyi bölməsinin 4 tələbəsi (Hikmət Cəfərli, Rəsul Kərimov, ətraflı oxu »

Qafqaz Universitetinin tələbələri NetWork Training Center...

Dekabrın 19-da NetWork Training Center-in təşkilatçılığı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Ed ətraflı oxu »

Qafqaz Universiteti Kompüter və İnformasiya Texnologiyala...

16 dekabr 2016-ci il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rabitə və informasiya texnologiyaları s ətraflı oxu »

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Təl...

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfin ətraflı oxu »