Qafqaz Universiteti tələbələrinin 38-ci ACM ICPC Proqramlaşdırma Beynəlxalq müsabiqəsində nailiyyətləri

Qafqaz Universiteti tələbələrinin 38-ci ACM ICPC Proqramlaşdırma Beynəlxalq müsabiqəsində nailiyyətləri
07 Dec 2013 12:35 | Baxılıb: 410

“Universitet Tələbələrinin 38-ci ACM ICPC Proqramlaşdırma” Beynəlxalq müsabiqəsinin yarımfinal mərhələsi (komanda) və Cənubi Qafqaz Açıq Birinciliyi (komanda və fərdi) 1-2 dekabr 2013-cü il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində (Georgian Technical University) keçirilmişdir.
"38-ci ACM ICPC Proqramlaşdırma" Beynəlxalq müsabiqəsinin regional yarımfinal mərhələsində 228 komanda, Cənubi Qafqaz Açıq Birinciliyində 60 komanda, fərdi müsabiqədə 71 tələbə iştirak etmişdir.
Müsabiqələrdə Azərbaycan Respublikası 13 komanda (hər komandada 3 tələbə): Qafqaz Universiteti - 4, Azərbaycan Texniki Universiteti - 3, Bakı Dövlət Universiteti - 2, Moskva Dövlət Universitetinin Bakı filialı - 2, Azərbaycan Memarlıq və İnşaat Universiteti - 1, Xəzər Universiteti - 1 komanda ilə təmsil olunmuşdur.
Müsabiqələrdə Qafqaz Universiteti Kompyuter Mühəndisliyi bölməsinin baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi ilə iştirak etmiş Qafqaz Universiteti tələbələri, Baku Qafqaz U 1 komandası Universitet Tələbələrinin 38-ci ACM Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin 2013 Azərbaycan Çempionu diplomu ilə, Cənubi Qafqaz Açıq Birinciliyi komanda müsabiqəsində isə II dərəcəli diplomla, Baku Qafqaz U 2, Baku Qafqaz U 3, Baku Qafqaz U 5 komandaları ACM həfəsləndirmə sertifikatları, fərdi müsabiqədə 1 tələbəmiz I dərəcəli, 5 tələbəmiz II dərəcəli, 1 tələbəmiz III dərəcəli diplomlarla təltif olunmuşlar.


II dərəcəli diplom
Baku Qafqaz U 1 komandası
("ACM ICPC Proqramlaşdırma" Beynəlxalq müsabiqəsinin
2013 Azərbaycan Çempionu)
Kamran Məhərov (Kompyuter Mühəndisliyi M2)
Məhəmməd Vəliyev (Kompyuter Mühəndisliyi 2)
Elmi Əhmədov (Kompyuter Mühəndisliyi 2)


I dərəcəli diplom
Fərdi
Kamran Məhərov (Kompyuter Mühəndisliyi M2)


II dərəcəli diplom
Fərdi
Hikmət Hacıyev (Kompyuter Mühəndisliyi 3)
Məhəmməd Vəliyev (Kompyuter Mühəndisliyi 2)
Elmi Əhmədov (Kompyuter Mühəndisliyi 2)
Kənan Əsgərli (Kompyuter Mühəndisliyi 4)
Müsaqil Musabəyli (Kompyuter Mühəndisliyi 4)


III dərəcəli diplom
Fərdi


Nurlan Əliyev (IT və Sistemləri Mühəndisliyi 3)

Son yeniliklər


Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Təl...

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfin ətraflı oxu »

Qafqaz Universitetində “41-ci ACM ICPC - Universitet Tələ...

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan Bölm ətraflı oxu »

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi...

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi E-days16 (Engineering days) ətraflı oxu »

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi ...

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi tələbələrinə təcrübə keçmə imkanla ətraflı oxu »