Qafqaz Universitetində “39-cu ACM ICPC Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq” müsabiqəsinin növbəti 1/4 final mərhələsi (X Azərbaycan Çempionluğu) keçirildi

Qafqaz Universitetində “39-cu ACM ICPC Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq” müsabiqəsinin növbəti 1/4 final mərhələsi (X Azərbaycan Çempionluğu) keçirildi
09 Nov 2014 16:17 | Baxılıb: 318

Qafqaz Universitetində “39-cu ACM ICPC Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq” müsabiqəsinin növbəti 1/4 final mərhələsi (X Azərbaycan Çempionluğu) keçirildi

 

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan bölməsi, IEEE Telecommunication Society Azərbaycan bölməsi, ACM Azərbaycan bölməsinin təşkilatı dəstəyi ilə “39-cu ACM ICPC Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq” müsabiqəsinin növbəti 1/4 final mərhələsi (X Azərbaycan Çempionluğu) 9 noyabr 2014-cü il  tarixində Qafqaz Universitetində keçirildi. Müsabiqədə 14 universitetdən, o cümlədən: Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Universiteti, Odlar Yurdu Universitetindən ümumilikdə 58 komanda (hər komandada 3 tələbə) və müsabiqədənkənar 3 məktəblilər komandası iştirak etdi.

 

Qafqaz Universiteti – 10

Moskva Dövlət Universitetinin Bakı filialı – 8

Bakı Dövlət Universiteti – 8

Azərbaycan Dövlət Neft Akademiyası – 6

Azərbaycan Milli Aviasiya Akademiyası – 6

ADA Universiteti – 5

Bakı Ali Neft Məktəbi - 3

Azərbaycan Texniki Universiteti – 3

Xəzər Universiteti – 3

Azərbaycan Universiteti – 3

Azərbaycan Memarlıq və İnşaat Universiteti – 1

Azərbaycan Dövlət Pedaqoji Universiteti – 1

Naxçıvan Dövlət Universiteti – 1

Odlaryurdu Univerditeti - 1

Məktəblilər – 3 (müsabiqədən kənar)

 

komanda ilə (hər komandada 3 nəfər) təmsil olunmuşlar.

 Komandalara 5 saat ərzində 12 alqoritmik məsələni həll etmək tapşırığı verildi. Qiymətləndirmə e-olimp.com.ua/az saytında avtomatik test sistemi ilə aparıldı.

Qafqaz Universitetinin Qafqaz U 1 komandası I; Qafqaz U 2 komandası II; Qafqaz U 3 və Qafqaz U 5 komandaları III, Moskva Dövlət Universitetinin Bakı filialının BakuMSU1 və BakuMSU8 komandaları III yerə layiq görüldülər.

Qafqaz Universitetinin Qafqaz U 6, Qafqaz U 4, Azərbaycan Dövlət Neft Akademiyasının  Az SOA 5, Bakı Dövlət Universitetinin Baku SU1, BakuSU 3, Baku SU 2, Moskva Dövlət Universitetinin Bakı flialının BakuMSU2, məktəblilərdən ibarət SHOOL1 və SHOOL2 komandaları III dərəcəli diplomla təltif olundular.

Müsabiqənin qalibləri 6-7 dekabr 2014-cü il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək “39-cu ACM ICPC Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq” müsabiqəsinin növbəti yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında iştirak etmək üçün vəsiqə qazanmışlar.

 

I YER

Qafqaz U 1 komandası

Məhəmməd Vəliyev (Kompüter Mühəndisliyi 3)

Elmi Əhmədov (Kompüter Mühəndisliyi 3)

Təbriz Hacıyev (Riyaziyyat və İnformatika Müəllimliyi 3)

 

II YER

Qafqaz U 2 komandası

Rəşad Məmmədov (Kompüter Mühəndisliyi 2)

Qalib Sarayev (Kompüter Mühəndisliyi 2)

Eldar Həsənov (Kompüter Mühəndisliyi 2)

 

III YER

Qafqaz U 3 komandası

Nurlan Əliyev (İT və Sistemləri Mühəndisliyi 4)

Rövşən Hüseynov (İT və Sistemləri Mühəndisliyi 3)

Mahmud Allahverdiyev (Kompüter Mühəndisliyi 1)

 

III YER

BakuMSU1 komandası

Aleksandr Proskuryakov (Moskva Dövlət Universiteti Bakı flialı)

Əli Vəliyev (Moskva Dövlət Universiteti Bakı flialı)

Səbuhi Əzimzadə (Moskva Dövlət Universiteti Bakı flialı)

 

III YER

Qafqaz U 5 komandası

Ələkbər Vəlizadə (Kompüter Mühəndisliyi M2)

Hidayət Soltanzadə (Kompüter Mühəndisliyi M2)

Orxan İsmayilov (Kompüter Mühəndisliyi M2)

 

III YER

BakuMSU8 komandası

Qəzənfər Ağayev (Moskva Dövlət Universiteti Bakı flialı)

Şahin Kazımov (Moskva Dövlət Universiteti Bakı flialı)

Bahri Abdullaxan (Moskva Dövlət Universiteti Bakı flialı)

 

 

 

Son yeniliklər


Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Təl...

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfin ətraflı oxu »

Qafqaz Universitetində “41-ci ACM ICPC - Universitet Tələ...

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan Bölm ətraflı oxu »

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi...

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi E-days16 (Engineering days) ətraflı oxu »

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi ...

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi tələbələrinə təcrübə keçmə imkanla ətraflı oxu »