Qafqaz Universitetində “Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın I mərhələsi keçirilib

Qafqaz Universitetində “Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın I mərhələsi keçirilib
06 Apr 2015 23:16 | Baxılıb: 340

Qafqaz Universitetində “Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın I mərhələsi keçirilib

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı və Qafqaz Universitetinin təşkilati dəstəyi ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın I mərhələsi 5 aprel 2015-ci il tarixində Qafqaz Universitetində keçirilib.

Olimpiadada iştirak etmək üçün ali təhsil müəssisələrindən 63 komanda qeydiyyatdan keçmiş və onlardan 56-sının qeydiyyatı təsdiqlənmişdir. Müsabiqənin şərtlərinə görə olimpiadada hər bir təhsil müəssisəsindən maksimum 5 komanda qeydiyyatdan keçə bilər və hər bir təhsil müəssisəsinin ən yaxşı nəticə göstərən yalnız 1 komandası olimpiadanın ikinci (final) mərhələsinə vəsiqə qazanacaqdır.

I mərhələdə 14 ali təhsil müəssisəsindən 50 komanda (hər komandada 3 tələbə) iştirak edib.

 

Bakı Dövlət Universiteti – 5
Milli Aviasiya Akademiyası – 5
Baki Ali Neft Mektebi – 5
ADA Universiteti – 5
Qazqaz Universiteti – 5
Gəncə Dövlət Universiteti – 4
Azərbaycan Dövlət Neft Akademiyası – 4
Azərbaycan Universiteti – 4
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası – 4
M. V. Lomonosov adına MDU-nun Bakı filialı – 3
Azərbaycan Texniki Universiteti – 2
Sumqayıt Dövlət Universiteti – 1
Azərbaycan Memarlıq və İnşaat Universiteti – 1
Naxçıvan Dövlət Universiteti – 1

 

Müsabiqədə komandalara 10 alqoritmik məsələnin 5 saat ərzində kompüterdə proqramlaşdırılması tapşırığı verilib. Məsələlərin həlli PC2-9.2.4 online avtomatik qiymətləndirmə sistemi vasitəsilə qiymətləndirilib.

Müsabiqənin ikinci (final) mərhələsi AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək. Müsabiqənin qalibləri HP şirkətinin qiymətli hədiyyələri ilə mükafatlandırılacaq.

 

 

 

 

 

Son yeniliklər


Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Təl...

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfin ətraflı oxu »

Qafqaz Universitetində “41-ci ACM ICPC - Universitet Tələ...

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan Bölm ətraflı oxu »

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi...

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi E-days16 (Engineering days) ətraflı oxu »

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi ...

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi tələbələrinə təcrübə keçmə imkanla ətraflı oxu »