Qafqaz Universitetində “Ali məktəb tələbələri arasında informatika üzrə XI Ümumrespublika Olimpiadası”nın I mərhələsi keçirilib

Qafqaz Universitetində “Ali məktəb tələbələri arasında informatika üzrə XI Ümumrespublika Olimpiadası”nın I mərhələsi keçirilib
16 Apr 2016 15:39 | Baxılıb: 265

Qafqaz Universitetində “Ali məktəb tələbələri arasında informatika üzrə XI Ümumrespublika Olimpiadası”nın I mərhələsi keçirilib

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı və Qafqaz Universitetinin təşkilati dəstəyi ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə XI Ümumrespublika Olimpiadası”nın I mərhələsi 16 aprel 2016-cı il tarixində Qafqaz Universitetində keçirilib.

Olimpiadada iştirak etmək üçün ali təhsil müəssisələrindən 71 komanda qeydiyyatdan keçmiş və onlardan 55-nin qeydiyyatı təsdiqlənmişdir. Müsabiqənin şərtlərinə görə olimpiadada hər bir təhsil müəssisəsindən maksimum 4 komanda iştirak edə bilər və hər bir təhsil müəssisəsinin ən yaxşı nəticə göstərən yalnız 1 komandası olimpiadanın ikinci (final) mərhələsinə vəsiqə qazanacaqdır.

I mərhələdə 22 ali təhsil müəssisəsindən 54 komanda (hər komandada 3 tələbə) iştirak edib. Müsabiqədə komandalara 10 alqoritmik məsələnin 5 saat ərzində kompüterdə proqramlaşdırılması tapşırığı verilib. Məsələlərin həlli PC2-9.2.4 online avtomatik qiymətləndirmə sistemi vasitəsilə qiymətləndirilib.

Müsabiqənin ikinci (final) mərhələsi 30 aprel tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək. Müsabiqənin qalibləri HP, Nar, Caspiantelecom şirkətlərinin qiymətli hədiyyələri ilə mükafatlandırılacaq.

 

 

Son yeniliklər


Kompüter Mühəndisliyinin 4 tələbəsi Azercell-in Təqaüdçüs...

Qafqaz Universiteti Kompüter Mühəndisliyi bölməsinin 4 tələbəsi (Hikmət Cəfərli, Rəsul Kərimov, ətraflı oxu »

Qafqaz Universitetinin tələbələri NetWork Training Center...

Dekabrın 19-da NetWork Training Center-in təşkilatçılığı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Ed ətraflı oxu »

Qafqaz Universiteti Kompüter və İnformasiya Texnologiyala...

16 dekabr 2016-ci il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rabitə və informasiya texnologiyaları s ətraflı oxu »

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Təl...

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfin ətraflı oxu »