Qafqaz Universitetində “Proqramlaşdırma təlimi” layihəsinin iştirakçılarına sertifikat təqdim olunub

Qafqaz Universitetində “Proqramlaşdırma təlimi” layihəsinin iştirakçılarına sertifikat təqdim olunub
04 Jul 2014 11:01 | Baxılıb: 271

Qafqaz Universitetində “Proqramlaşdırma təlimi” layihəsinin iştirakçılarına sertifikat təqdim olunub

 

   1-30 iyun 2014-cü il tarixlərində  Qafqaz Uiniversitetində “Abşeron Rayon Ümumtəhsil məktəbləri müəllimlərinə “ Proqramlaşdırma təlimi”  layihəsi çərçivəsində dərslər müvəffəqiyyətlə bitmişdir.

    04 iyul 2014-ci il tarixində həmin təlimdə iştirak edən riyaziyyat informatika muəllimlərinə sertifikat təqdimatı keçirilib.Tədbirdə Qafqaz Universiteti Kompyuter Mühəndisliyi Bölməsinin baş müəllimi təlimçi Etibar Seyidzadə həyata keçirilmiş təlim haqqında ətraflı məlumat verib. O qeyd edibki, təlimlər Qafqaz Universitetinin kompyuter laboratoriyasında keçirilmişdir. Təlimlərdə Xırdalan şəhəri, Abşeron rayonunun Saray, Masazır, Novxanı, Hökməli, Görədil ümumtəhsil məktəblərindən 18 nəfər İnformatika və Riyaziyyat fənn müəllimləri iştirak etmişdir. Müəllimlərə 65 saatlıq təlim müddətində Alqoritmlər və C dilində proqramlaşdırma mövzuları tədris edilmişdir. Müəllimlər e-olimp.com.ua/az saytında avtomatik qiymətləndirilmə sistemi və onun imkanları ilə tanış olmuşlar. Təlim müddətində müəllimlərə məsələlərin alqoritmlərinin tərtib edilməsi və C proqramlaşdırma dilində reallaşdırılması tapşırıqları verilmiş və həlləri e-olimp.com.ua/az saytında avtomatik qiymətləndirilməsi həyata keçirilmişdir.

    Qafqaz Universitetinin Rektoru prof. Ahmet Saniç çıxış edərək universitetin ictimai məsuliyyət vəzifəsindən irəli gələn bu addımı yüksək qiymədləntirərək iştirakçıları təbrik edib.

    Abşeron Rayon Təhsil Şöbəsinin İnformatika fənni üzrə metodisti Xalidə Hüseynova  çıxışında qeyd edibki Qafqaz universiteti ilə təmsil etdiyi qurum mütamadi belə layihələr həyata keçirir və bununda nəticəsi həmişə müsbət olur.

   Təlim iştirakçılarıda  təlimin təşkilatçılarına və onlar üçün yaradılmış şəraitə görə Qafqaz universitetinin rəhbərliyinə təşəkkür ediblər

Tədbirin sonunda müəllimlərə sertifikatlar və hədiyyələr təqdim olunub.

Son yeniliklər


Qafqaz Universitetində “41-ci ACM ICPC - Universitet Tələ...

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan Bölm ətraflı oxu »

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi...

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi E-days16 (Engineering days) ətraflı oxu »

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi ...

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi tələbələrinə təcrübə keçmə imkanla ətraflı oxu »

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali ...

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali məktəb tələbələri arasında informatika üzr ətraflı oxu »