Qafqaz Universitetində Bilik Şəbəkəsinə həsr olunmuş seminar

Qafqaz Universitetində Bilik Şəbəkəsinə həsr olunmuş seminar
04 Nov 2012 23:24 | Baxılıb: 533

Qafqaz Universitetində Bilik Şəbəkəsinə həsr olunmuş seminar AzKİK (Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu) üzvü olan bütün İnstitutların nümayəndələri seminarda iştirak etmişdir.
1. Bakı Dövlət Universiteti
2. Azərbaycan Dillər Universiteti
3. İnformasiya Texnologiyaları İnstitutu
4. Azərbaycan Dövlət İqtisad Universiteti
5. Xəzər Universiteti
6. Qafqaz Universiteti
7. Azərbaycan Diplomatik Akademiyası
8. "Neftqazelmitədqiqat" İnstitutu (ARDNŞ)
9. Qafqaz Tədqiqat Resurs Mərkəzi
10. Sumqayıt Dövlət Universiteti
11. Azərbaycan Texniki Universiteti
12. Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ)
13. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
14. AMEA Fizika İnstitutu
15. Zaqatala rayon Mərkəzi Kitabxanası
16. Azərbaycan Tibb Universiteti
Dr. Abzetdin Adamovun (Qafqaz Universiteti Kompüter mühəndisliyi Bölməsinin Müdiri) fikrinə görə Bilik Şəbəkəsi diqqətlə qiymətləndirilir və seçilir. Bu sınanmış yanaşma, ən müvafiq resursların əldə edilməsində bir təşkilatın resurslarına və tədqiqatçıların zamanına qənaət etməkdə kömək edir. Seminarın məqsədi tədqiqatçılaraaşağıdakı suallara cavab tapmaqda kömək etməkdir: sizin işinizə və ya digərlərin işlərinə kim istinad edir? Sizin maraq sahənizdə ən çox istinad edilən iş və ya müəllif hansıdır? Elmiişinizi dərc etmək üçündaha böyükTəsir Faktoruna malik müvafiq jurnalınecəseçməli? Tədqiqat zamanındandaha effektiv istifadə üçün Bilik Şəbəkəsindən (Elmi Sitat İndeksi, Sosial Elmlər Sitat İndeksi, İncəsənət və Humanitar Elmlər Sitat İndeksi) necə istifadə etməli? Bu seminarın əhatə etdiyimövzular:
- Bilik Şəbəkəsinəgiriş
- Bilik Şəbəkəsində axtarış üçün göstərişlər(axtarış sistemində mövzu, müəllif, mənbə adı və ünvan üzrə, və həmçinin daha qəliz kombinasiyalar üzrəaxtarış etmə)
- Jurnalların Sitat Hesabatı
- Axtarış Nəticələrini Təhlil və Sitat Hesabatı Yaratma
- Nəşrin seçim prosesi
P.S. ThomsonReuters Azərbaycanınbütün ElmiQurumları üçün Bilik Şəbəkəsinə sınaq giriş təklif edir. Elmi Sitat İndeksi, Sosial Elmlər Sitat İndeksi, İncəsənət və Humanitar Elmlər Sitat İndekslərininonlayn versiyası. Bilik Şəbəkəsi, elmi nəşrlərin ən geniş göstəricilərindən biridir. O, həmçinin nəşrləri, xüsusi bir alim və ya müəllifə istinada görə,izləmə qabiliyyətinə görə tanınır. Sınaq girişi www.webofknowledge.com səhifəsindədir. Sınaq müddəti ərzində, Qafqaz Universitetinin tələbələri, fakültə və müəllim heyətiuniversitetin hər hansı bir kompüteri vasitəsilə bağlana bilərlər. Uzaqdan daxil olma mövcud deyil.

Son yeniliklər


Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Təl...

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfin ətraflı oxu »

Qafqaz Universitetində “41-ci ACM ICPC - Universitet Tələ...

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan Bölm ətraflı oxu »

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi...

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi E-days16 (Engineering days) ətraflı oxu »

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi ...

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi tələbələrinə təcrübə keçmə imkanla ətraflı oxu »