Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi
16 May 2016 23:52 | Baxılıb: 149

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi

 

E-days16 (Engineering days)

 

Real İşlər, Real Təcrübələr, Təcrübəli Mütəxəssislər

 

 

Elektronika Club 2015-ci ildə Qafqaz Universiteti Komputer Mühəndisliyi nəzdində  yaradılmışdır. Elektronika Klubunun əsas məqsədi Elektronika və Mühəndislik ixtisaslarına tələbələrin marağını artırmaqdır. Elektronika clubu tələbələrin təlim imkanlarının artırılması, mütəxəssislərin təcrübələrindən yararlanması, işləməsi və məzun olduqdan sonra məşğulluğunun daha məqsədyönlü təmin olunması prosesinin dəstəklənməsi təşəbbüsü texniki və informativ seminarlar, Azercosmos, Azersun kimi şirkətlərə texniki gəzilər, eyni zamanda E-DAYS’16 kimi böyük miqyaslı silsilə tədbirlər təşkil edərək öz missiyasını həyata keçirir.

 

Mühəndislik ixtisasları məzunlarının bir çox fərqli sektorda iş tapma imkanı səbəbi ilə günümüzdə ən çox seçilən sahələrdən biridir. Qafqaz universiteti Electronika klubu tələbələrimizin həm sektordakı böyük firma və şirkətlər, onların öz yeni texnologiyaları ilə əlaqəli məlumat ala bilmələri, həm də bu firma və şirkətlərin gələcəyin mühəndisləri ilə bu gündən tanış olub, onlara öz iş təcrübələrindən bəhs edərək daha keyfiyyətli yeni məzunların yetişməsinə kömək etmək məqsədilə bu il birincisi keçirilən, 13-14 May tarixlərində Qafqaz universiteti Akt zalında  11 şirkət və ictimai birliyin eləcədə 500 dən çox tələbə, mühəndis və akademik heyətin iştiraki ilə  Mühəndislik günləri (E-DAYS’16) tədbirini həyata keçirdi. Tədbir Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasının Platin və STEM tədris mərkəzinin gümüş sponsurluğu ilə baş tutdu.

 

Tədbirdə, Akkord, SOCAR, ATL group, STEM, Azercell, Percona şirkətlərinin, GəncMİİB, WOWOMAN kimi gənc mühəndislərə dəstək birliklərinin və İstanbul Texniki Universiteti təmsilçiləri “Axtaran deyil, axtarılan mühəndis”, “Mühəndisin akademik həyati”,  “Mühəndislikdən Menecmentə”,  “Tech-Tech Xanim”, “Mühəndislik - Arzularını reallaşdır”, “Zamanın 5 sirri”,  “Respublikamızda yığma və monolit üsulla körpü və tunel tikintisinin tarixi və perspektivləri”, “Tələbələrin İnkişafında GəncMİİB-in Rolu”, “Azərbaycanın Kimya Sənayesi: Layihələr, Perspektivlər”“Bir Uğurun Hekayəsi” mövzulari üzrə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırdılar. Bununla birlikdə şirkətlər Azərbaycana gətirdikləri və Azərbaycanda istehsal etdikləri yeni texnologiyalarla əlaqəli təqdimatlar etdilər.

Tədbir şirkət ve təhsil sistemində çalışanlar üçün eyni zamanda mühəndislik ixtısasında təhsil alan tələbələr üçün böyük bir şəbəkələşmə və fikir mübadiləsi imkanı yaratdı. Sonda tədbir iştirakçıları sertifikatlarla təltif olundular.

 

 

 

Son yeniliklər


Kompüter Mühəndisliyinin 4 tələbəsi Azercell-in Təqaüdçüs...

Qafqaz Universiteti Kompüter Mühəndisliyi bölməsinin 4 tələbəsi (Hikmət Cəfərli, Rəsul Kərimov, ətraflı oxu »

Qafqaz Universitetinin tələbələri NetWork Training Center...

Dekabrın 19-da NetWork Training Center-in təşkilatçılığı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Ed ətraflı oxu »

Qafqaz Universiteti Kompüter və İnformasiya Texnologiyala...

16 dekabr 2016-ci il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rabitə və informasiya texnologiyaları s ətraflı oxu »

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Təl...

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfin ətraflı oxu »