Qafqaz Universitetində Zadeh Kuboku Azərbaycan Açıq Proqramlaşdırma Çempionatı 2014 keçirilib

Qafqaz Universitetində Zadeh Kuboku Azərbaycan Açıq Proqramlaşdırma Çempionatı 2014 keçirilib
22 Sep 2014 00:56 | Baxılıb: 388

Qafqaz Universitetində Zadeh Kuboku Azərbaycan Açıq Proqramlaşdırma Çempionatı 2014 keçirilib

 

21 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Qafqaz Universitetində Zadeh Kuboku Azərbaycan Açıq Proqramlaşdırma Çempionatı 2014 keçirilib.

Müsabiqədə 39 tələbə, o cümlədən Qafqaz Universiteti – 15, Bakı Dövlət Universiteti – 12, Azərbaycan Texniki Universiteti – 4, Moskva Dövlət Universitetinin Bakı filialı – 3, Milli Aviasiya Akademiyası - 3, Azərbaycan Dövlət Neft Akademiyası – 1, Bakı Ali Neft Məktəbi - 1 tələbə və 7 məktəbli, müsabiqədən kənar 3 nəfər  iştirak edib.

Müsabiqə e-olimp.com.ua/az proqramları avtomatik qiymətləndirmə saytında online olaraq keçirilib. İştirakçılara 5 saat ərzində 9 alqoritmik məsələni həll etmək (proqram tərtib etmək) tapşırığı verilib. Proqramlar avtomatik qiymətləndirmə sistemi vasitəsilə qiymətləndirilib.

Müsabiqə qalibləri qiymətli hədiyyələr, medallar, diplom və sertifikatlarla mükafatlandırılıb.


https://www.youtube.com/watch?v=65cghXI0b5o

 

Zadeh Kuboku Azərbaycan Açıq Proqramlaşdırma Çempionatı 2014

I YER

(Zadeh Kubokunun qalibi)

Rəşad Məmmədov (Qafqaz Universiteti)

 

II YER

Əli Vəliyev (Moskva Dövlət Universitetinin Bakı Filialı)

Mahmud Allahverdiyev (Qafqaz Universiteti)

 

III YER

Elmi Əhmədov (Qafqaz Universiteti)

Təbriz Hacıyev (Qafqaz Universiteti)

Müsaqil Musabəyli (Azərbaycan Dövlət Neft Akademiyası)

 

Son yeniliklər


Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Təl...

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfin ətraflı oxu »

Qafqaz Universitetində “41-ci ACM ICPC - Universitet Tələ...

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan Bölm ətraflı oxu »

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi...

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi E-days16 (Engineering days) ətraflı oxu »

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi ...

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi tələbələrinə təcrübə keçmə imkanla ətraflı oxu »