Qafqaz Universitetində məktəblilərin İnformatika üzrə fənn olimpiadasının Respublika mərhələsinin final turu keçirilib

Qafqaz Universitetində məktəblilərin İnformatika üzrə fənn olimpiadasının  Respublika mərhələsinin final turu keçirilib
18 Apr 2016 15:49 | Baxılıb: 205

Qafqaz Universitetində məktəblilərin İnformatika üzrə fənn olimpiadasının

Respublika mərhələsinin final turu keçirilib

 

17 aprel 2016-cı il tarixində Qafqaz Universitetində Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş məktəblilərin İnformatika üzrə fənn olimpiadasının Respublika mərhələsinin final turu keçirilib.

Müsabiqədə Respublikanın müxtəlif bölgələrinin ümumtəhsil məktəblərindən 36 şagird iştirak edib. Müsabiqə iki müxtəlif qrup üzrə (7-8-ci siniflər və 9-11-ci siniflər) kecirilib. Şagirdlərə 4 saat ərzində 5 alqoritmik məsələni (C, C++, Pascal, Java, Pyton proqramlaşdırma dillərinin birində) həll etmək tapşırığı verilib.

Qiymətləndirmə informatika.edu.az saytında avtomatik qiymətləndirmə sistemi vasitəsilə aparılıb.

Müsabiqədə müvəffəqiyyət qazanmış şagirdlər 17 may 2016-cı il tarixində Təhsil Nazirliyi tərəfindən mükafatlandırılacaqlar.

 

Son yeniliklər


Qafqaz Universitetində “41-ci ACM ICPC - Universitet Tələ...

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan Bölm ətraflı oxu »

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi...

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi E-days16 (Engineering days) ətraflı oxu »

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi ...

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi tələbələrinə təcrübə keçmə imkanla ətraflı oxu »

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali ...

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali məktəb tələbələri arasında informatika üzr ətraflı oxu »