Qafqaz Universitetində proqramlaşdırma üzrə “Proqramçıların Yay Məktəbi” təlimləri keçirildi

Qafqaz Universitetində proqramlaşdırma üzrə “Proqramçıların Yay Məktəbi” təlimləri keçirildi
26 Aug 2013 10:32 | Baxılıb: 834

15-24 avqust 2013-cü il tarixlərində Qafqaz Universitetində məktəblilərin proqramlaşdırma üzrə Ümumrusiya və Beynəlxalq olimpiadalara hazırlanmaları üçün “Proqramçıların Yay Məktəbi” təlimləri keçirildi. Təlimlərdə Rusiya Federasiyası Dağıstan Respublikasından 14 məktəbli (8, 9 və 10-cu sinif şagirdləri) və iki müəllim iştirak etdi. Təlimlər Qafqaz Universitetinin Kompyuter Mühəndisliyi Bölməsinin baş müəllimi Etibar Seyidzadə tərəfindən aparıldı. 8 gün intensiv davam edən təlimlər hər gün 10:00-13:00 saatlarında Etibar Seyidzadə tərəfindən seminarların (seminar mövzuları: ədədlər nəzəriyyəsi, axtarış, sıralama sürüşdürmə, yerdəyişdirmə alqoritmləri, həndəsə məsələlərinin alqoritmik həlli, sətirlərin emalı alqoritmləri) verilməsi, 14:00-17:00 saatlarında isə praktik online müsabiqə və məsələlərin həllinin müzakirəsi formatında aparıldı. Qafqaz Universitetinin müəllimi Tofik Həsənov (IOI 2003 Beynəlxalq İnformatika Olimpiadasının Azərbaycandan ilk və yeganə gümüş medalçısı) tərəfindən "Proqramlaşdırma üzrə Beynəlxalq müsabiqələrə necə hazırlanmalı" mövzusunda verdiyi seminar məktəblilər tərəfindən böyük maraqla qarşılandı.

Təlimlərdə e-olimp.com.ua metodik saytından məsələlərin həlli üçün istifadə edildi. Təlim sonunda iştirakçılara hədiyyə və sertifikatlar və iştirakçılar arasında keçirilmiş müsabiqə nəticəsinə görə I, II və III yer tutanlara xüsusi hədiyyələr təqdim edildi.

Qeyd edək ki, bu təlim Rusiya Federsiyası məktəblilərinin Proqramlaşdırma üzrə olimpiadalara hazırlanmaılarının Azərbaycanda keçirilən ilk təlimləri idi.

Son yeniliklər


Kompüter Mühəndisliyinin 4 tələbəsi Azercell-in Təqaüdçüs...

Qafqaz Universiteti Kompüter Mühəndisliyi bölməsinin 4 tələbəsi (Hikmət Cəfərli, Rəsul Kərimov, ətraflı oxu »

Qafqaz Universitetinin tələbələri NetWork Training Center...

Dekabrın 19-da NetWork Training Center-in təşkilatçılığı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Ed ətraflı oxu »

Qafqaz Universiteti Kompüter və İnformasiya Texnologiyala...

16 dekabr 2016-ci il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rabitə və informasiya texnologiyaları s ətraflı oxu »

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Təl...

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfin ətraflı oxu »