Qafqaz Universitetində proqramlaşdırma üzrə “X Proqramçıların Yay Məktəbi” təlimləri keçirilib

Qafqaz Universitetində proqramlaşdırma üzrə “X Proqramçıların Yay Məktəbi” təlimləri keçirilib
31 Aug 2015 22:57 | Baxılıb: 160

Qafqaz Universitetində proqramlaşdırma üzrə “X Proqramçıların Yay Məktəbi”

təlimləri keçirilib

24-31 avqust 2015-ci il tarixlərində Qafqaz Universitetində Kompüter Mühəndisliyi bölməsinin baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi ilə tələbələrin proqramlaşdırma üzrə Respublika və Beynəlxalq olimpiadalara hazırlanmaları üçün sayca X olan “Proqramçıların Yay Məktəbi” təlimləri keçirilib. Təlimlərin aparılması üçün Belarusiya Respublikasının Belarus Dövlət Universitetinin “Diskret riyaziyyat və alqoritm” kafedrasının müdiri fizika-riyaziyyat elmlər doktoru professor Vladimir Kotov (Belorusiya Respublikasında proqramlaşdırma olimpiadaları üzrə təlimçi, ACM ICPC milli komandasının rəhbəri) təlimçi kimi Qafqaz Universitetinə dəvət edilmişdir. Təlimlər ACM ICPC Beynəlxalq proqramlaşdırma müsabiqəsinə hazırlıq məqsədi ilə keçirilib.

Təlimlərdə Qafqaz Universitetinin Kompüter Mühəndisliyi, İT və Sistemləri Mühəndisliyi, Riyaziyyat və İnformatika Müəllimliyi bölməsinin tələbələri, iştirak edib.

8 gün intensiv davam edən təlimlər hər gün 9:30-13:00 saatlarında Vladimir Kotov tərəfindən seminarların (seminar mövzuları: ədədlər nəzəriyyəsi, verilənlər strukturu, qraflar, dinamik proqramlaşdırma) verilməsi, 14:00-18:00 saatlarında isə praktik online müsabiqə və məsələlərin həllinin müzakirəsi formatında aparılıb. Təlimlərdə http://www.acm-test.bsu.byhttp://www.e-olymp.com/az/ metodik saytlarından məsələlərin həlli üçün istifadə edilib.

Təlim sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

 

Son yeniliklər


Qafqaz Universitetində “41-ci ACM ICPC - Universitet Tələ...

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan Bölm ətraflı oxu »

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi...

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi E-days16 (Engineering days) ətraflı oxu »

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi ...

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi tələbələrinə təcrübə keçmə imkanla ətraflı oxu »

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali ...

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali məktəb tələbələri arasında informatika üzr ətraflı oxu »