Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın birincisi oldu

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın birincisi oldu
03 May 2015 21:44 | Baxılıb: 231

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın birincisi oldu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın final mərhələsi 2 may 2015 tarixində İnformasiya Texnologiyaları İnstitutunda keçirilib.

Qeyd edək ki, olimpiadanın 5 aprel 2015-ci il tarixində Qafqaz Universitetində keçirilmiş ilk mərhələsində Respublikanın 16 ali təhsil müəssisəsindən 55 komanda (hər komandada 3 nəfər) iştirak etmişdir. Bu ildən tətbiq olunan yeni qaydalara əsasən birinci mərhələdə iştirak edən ali təhsil müəssələrinin ən yüksək nəticə göstərən bir komandası (12 ali təhsil müəssisəsindən 12 komanda) olimpiadanın final mərhələsinə vəsiqə qazanmışdır.

 

Final mərhələsində iştirak edən komandalar:

• Qafqaz Universiteti – Qafqaz Programmers
• M. V. Lomonosov adına MDU-nun Bakı filialı – BakuMSU1
• ADA Universiteti – ADA U4
• Azərbaycan Texniki Universiteti – AzTU1
• Bakı Dövlət Universiteti – BSU_2
• Milli Aviasiya Akademiyası – NAA50
• Azərbaycan Memarlıq və İnşaat Universiteti – AzMİU
• Azərbaycan Dövlət Neft Akademiyası – ADNA1
• Bakı Ali Neft Məktəbi – BHOS1
• Azərbaycan Universiteti – AU_1
• Naxçıvan Dövlət Universiteti – NDU
• Dövlət İdarəçilik Akademiyası – DIA group-k

 

Müsabiqə zamanı komandalara 9 məsələnin həlli alqoritminin proqramını tərtib etmək tapşırığı verilib. Məsələlər e-olimp.com.ua/az avtomatik qiymətləndirmə sistemi vasitəsilə qiymətləndirilib.

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın birincisi olmuşdur (qeyd etmək lazımdır ki, Qafqaz Programmers komandası ardıcıl olaraq 5 il bu müsabiqənin birincisi olmuşdur).

 

I YER

Qafqaz Programmers

Məhəmməd Vəliyev (Kompyuter Mühəndisliyi 3)

Elmi Əhmədov (Kompyuter Mühəndisliyi 3)

Təbriz Hacıyev (Riyaziyyat və İnformatika Müəllimliyi 3)

 

Olimpiadanın qalibləri sponsorlar tərəfindən təqdim edilən hədiyyələr, habelə RYTN tərəfindən Fəxri Fərman, Diplom və sahə üzrə müxtəlif kitablarla mükafatlandırılacaqlar.

Müsabiqənin statistikası:

2007-2015-ci illərdə “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nda Qafqaz Universiteti komandalarının nailiyyətləri

 

İl

Qafqaz Universiteti komandaları

Yer

2015

Qafqaz Programmers

I

2014

Qafqaz Programmers

Qafqaz U 4

Qafqaz U 3

I

III

IV

2013

Qafqaz Programmers

Qafqaz U 5

Qafqaz U 3

Qafqaz Şahinləri

I

II

III

IV

2012

Qafqaz Programmers

Baku Qafqaz U 3

Baku Qafqaz U 7

I

III

IV

2011

Qafqaz Programmers

Baku Qafqaz U 3

Qafqaz Şahinləri

Baku Qafqaz U 4

I

II

III

III

2010

Qafqaz Şahinləri

IV

2009

Qafqaz Şahinləri

II

2008

Qafqaz Şahinləri

I

2007

Qafqaz Şahinləri

I

 

Son yeniliklər


Qafqaz Universitetində “41-ci ACM ICPC - Universitet Tələ...

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan Bölm ətraflı oxu »

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi...

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi E-days16 (Engineering days) ətraflı oxu »

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi ...

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi tələbələrinə təcrübə keçmə imkanla ətraflı oxu »

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali ...

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali məktəb tələbələri arasında informatika üzr ətraflı oxu »