Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali məktəb tələbələri arasında informatika üzrə XI Ümumrespublika Olimpiadası”nın birincisi oldu

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali məktəb tələbələri arasında informatika üzrə XI Ümumrespublika Olimpiadası”nın birincisi oldu
02 May 2016 22:37 | Baxılıb: 218

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali məktəb tələbələri arasında informatika üzrə XI Ümumrespublika Olimpiadası”nın birincisi oldu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın final mərhələsi 30 aprel 2016-ci il tarixində İnformasiya Texnologiyaları İnstitutunda keçirilib.

Qeyd edək ki, olimpiadanın 16 aprel 2016-cı il tarixində Qafqaz Universitetində keçirilmiş ilk mərhələsində Respublikanın 22 ali təhsil müəssisəsindən 55 komanda (hər komandada 3 nəfər) iştirak etmişdir. Birinci mərhələdə iştirak edən ali təhsil müəssisələrinin ən yüksək nəticə göstərən bir komandası (13 ali təhsil müəssisəsindən 13 komanda) olimpiadanın final mərhələsinə vəsiqə qazanmışdır.

Final mərhələsində iştirak etmiş komandalar:

- “Qafqaz Programmers” komandası - Qafqaz Universiteti

- “ADAU_1” komandası - ADA Universiteti;

- “BDU-4” komandası - Bakı Dövlət Universiteti

- “NAA3” komandası - Milli Aviasiya Akademiyası;

- “BHOS02” komandası - Bakı Ali Neft Məktəbi

- “AzTU1” komandası - Azərbaycan Texniki Universiteti

- “Suicide Squad” komandası - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

- “BakuMSU3” komandası - M. V. Lomonosov adına MDU-nun Bakı filialı;

- “Sharp” komandası - Dövlət İdarəçilik Akademiyası;

- “AU_2” komandası - Azərbaycan Universiteti;

- “NDU” komandası - Naxçıvan Dövlət Universiteti;

- “Kəpəz” komandası - Azərbaycan Dövlət Aqrar Universiteti;

- “Kür” komandası - Mingəçevir Dövlət Universiteti.

Müsabiqədə komandalara 10 alqoritmik məsələnin 5 saat ərzində kompüterdə proqramlaşdırılması tapşırığı verilib. Məsələlərin həlli PC2-9.2.4 avtomatik qiymətləndirmə sistemi vasitəsilə qiymətləndirilib.

Nəticələrə əsasən, olimpiadanın münsiflər heyətinin qərarı ilə Qafqaz Universitetinin “Qafqaz Programmers” komandası 1-ci, Bakı Ali Neft Məktəbinin “BHOS2” komandası 2-ci, eyni xal toplamış Bakı Dövlət Universitetinin “BDU-4”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Suicide Squad” və Azərbaycan Texniki Universitetinin “AzTU1” komandaları 3-cü, Milli Aviasiya Akademiyasının “NAA3” və ADA Universitetinin “ADAU_1” komandaları isə eyni sayda məsələ həll etmələrinə baxmayaraq vaxt fərqi ilə 4-cü yerə layiq görülmüşdür.

Qeyd etmək lazımdır ki, Qafqaz Programmers komandası 6 il ardıcıl olaraq müsabiqənin qalibi olmuşdur. 

Azərbaycanın regionlarını təmsil edən ali təhsil müəssisələrinin komandalarının Olimpiadada iştirakının təşviq edilməsi məqsədilə, olimpiadada ilk dəfə iştirak etməsinə baxmayaraq final mərhələsinə vəsiqə qazanmış və finalda az fərqlə qaliblər sırasına düşə bilməyən Azərbaycan Dövlət Aqrar Universitetinin “Kəpəz” komandasının nəticələri nəzərə alınaraq, müsabiqədən kənar mükafatlandırılması münsiflər heyəti tərəfindən qərara alınmışdır.

Qaliblər Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan tədbirdə “HP”, “Azerfon” və “Caspian Telekom” şirkətlərinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla mükafatlandırılacaqlar.

 

I YER

Qafqaz Programmers

Məhəmməd Vəliyev (Kompüter Mühəndisliyi 4)

Elmi Əhmədov (Kompüter Mühəndisliyi 4)

Təbriz Hacıyev (Riyaziyyat və İnformatika Müəllimliyi 4)

 

Olimpiadası”nın qalibləri

 

İl

Komandalar

Təhsil müəssisəsi

Yer

2016

Qafqaz Programmers

BHOS02

BDU-4

Suicide Squad

AzTU1

NAA3

ADAU_1

Qafqaz Universiteti

Bakı Ali Neft Məktəbi

Bakı Dövlət Universiteti

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Azərbaycan Texniki Universiteti

Milli Aviasiya Akademiyası

ADA Universiteti

I

II

III

III

III

IV

IV

2015

Qafqaz Programmers

AzTU1

ADA U4

NAA50

ADNA1

BHOS1

Qafqaz Universiteti

AzTU

ADA Universiteti
Milli Aviasiya Akademiyası

ADNA
Bakı Ali Nevt Məktəbi

I

II

II

III

III

III

2014

Qafqaz Programmers

Baku MSU 1

Qafqaz U 4

Qafqaz U 3

BSU-NET

Qafqaz Universiteti

MDU Bakı filialı

Qafqaz Universiteti

Qafqaz Universiteti

BDU

I

II

III

IV

IV

2013

Qafqaz Programmers

Qafqaz U 5

Qafqaz U 3

Qafqaz Şahinləri

MSU Programmers

Norbet

Qafqaz Universiteti

Qafqaz Universiteti

Qafqaz Universiteti

Qafqaz Universiteti

MDU Bakı filialı

BDU

I

II

II

III

III

III

2012

Qafqaz Programmers

Norbet

Baku Qafqaz U 3

Baku Qafqaz U 7

Qafqaz Universiteti

BDU

Qafqaz Universiteti

Qafqaz Universiteti

I

II

III

IV

 

Son yeniliklər


Qafqaz Universitetində “41-ci ACM ICPC - Universitet Tələ...

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan Bölm ətraflı oxu »

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi...

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi E-days16 (Engineering days) ətraflı oxu »

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi ...

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi tələbələrinə təcrübə keçmə imkanla ətraflı oxu »

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali ...

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali məktəb tələbələri arasında informatika üzr ətraflı oxu »