Qafqaz Universitetinin dəstəyi ilə “Rəhbər dövlət qulluqçuları üçün əsas İKT bilikləri Akademiyası”

Qafqaz Universitetinin dəstəyi ilə “Rəhbər dövlət qulluqçuları üçün əsas İKT bilikləri Akademiyası”
http://www.bakuhaber.com/haber_detay.asp | 07 Feb 2012 13:24 | Baxılıb: 588

 

Bu gün  Qafqaz  Universitetində Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət  Qulluğu  Məsələləri  üzrə  Komissiya ,  BMT-nin  İnkişaf  Proqramı (UNDP), BMT-nin  Koreya  Respublikasında  yerləşən Asiya  və  Sakit  Okean  Hövzəsi  üzrə İnformasiya  və  Kommunikasiya  Texnologiyaları  üzrə  Təlim  Mərkəzinin  (APCİCT) və  Qafqaz  Universitetinin  dəstəyi  ilə  “Rəhbər  dövlət  qulluqçuları  üçün  əsas  İKT  bilikləri  Akademiyası” mövzusunda  seminar  keçirildi. Seminarda  çıxış  edən  Qafqaz  Universitetinin  rektoru  Ahmet  Saniç  bildirdi  ki,  bu  konfransın  keçirilməsində  əsas  məqsəd  elektron  hökumət və İKT –nin dövlət  qulluğu  sistemində  tətbiqinin   təkmilləşdirilməsi  sahəsində  rəhbər  vəzifə  tutan  dövlət  qulluqçularının  bilik  və  bacarıqlarının  artırılmasından  və  onların  təlimçi  kimi  təmsil  etdikləri  dövlət  orqanlarında  bu  sahədə  təlim  keçirmələrinə  hazırlanmalarından  ibarətdir. Onun sözlərinə  görə, 2011-ci ilin oktyabr ayından başlayaraq UN-APCİCT modulların sayını artırmaq və eyni zamanda hədəf auditoriyasını genişləndirərək artıq universitet tələbələri üçün İKT-nin inkişafı mövzusunun tətbiqi lahiyəsinə başlamışdır. Məhz Qafqaz Universiteti bu lahiyənin ilk dəfə Azərbaycanda tətbiq edilməsi və pilot universitet kimi lahiyəni davam etdirməyi təklif etmişdir. BMT-nin  Koreya  Respublikasında  yerləşən Asiya  və  Sakit  Okean  Hövzəsi  üzrə İnformasiya  və  Kommunikasiya  Texnologiyaları  üzrə  Təlim  Mərkəzinin  (APCİCT ) direktoru  xanım  Hyeun –Suk Ri  isə çıxış  edərək  bildirdi  ki, APCICT 2006-cı il 16 iyul tarixdə BMT-nin Asiya və Sakit Okean Ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) regional təşkilatı kimi yaradılmışdır. Təşkilat İKT-dən istifadə etmək yolu ilə həm cəmiyyətlərin inkişafına kömək etmək, həm də Minilliyin İnkişaf Məqsədərinə çatmaq üçün yaradılmışdır. Buna UN-APCICT treninqlər vasitəsi ilə nail olur. Təlimlər  həm üz-üzə, həm də onlayn üsulları ilə aparılır. İndiyə kimi keçirilən təlimlərə 120 ölkədən 11900 nəfər cəlb olunmuşdur. UN-APCICT-nin əsas proqramı hesab edilən “Dövlət məmurları üçün İKT-nin əsasları üzrə Akademiya”-nın təlimləri 10 təlim modulu üzrə təşkil edilir. Seminarda Azərbaycan  Respublikasının  Təhsil  Nazirinin  müavini  Qulu  Novruzov İKT-nin  tətbiqi ilə  bağlı ölkəmizdə görülən   işlərdən  və   islahatlardan danışaraq  bu  gün  keçirilən  bu  tədbirin  əhəmiyyətli olduğunu xüsusi  vurğuladı. Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət  Qulluğu  Məsələləri  üzrə  Komissiyanın sədri  Bəhram  Xəlilov  çıxışında  qeyd  etdi  ki, elektron  hökumət  və  İKT-nin  dövlət  qulluğu  sistemində  tətbiqinin   təkmilləşdirilməsi  sahəsində  rəhbər  vəzifə  tutan  dövlət  qulluqçularının  bilik  və  bacarıqlarının  artırılması  və  onların  təlimçi  kimi  təmsil  etdikləri  dövlət  orqanlarında  bu  sahədə  təlim  keçirmələrinə  hazırlanmaları  çox  vacibdir. Elə  bu  məqsədlə  də  Komissiyanın bacarıqlı  işçiləri  gələcəkdə  APCICT mərkəzinə  göndəriləcək  ki, onlar  da orada  keçdikləri  təlimləri  Azərbaycanda  da  rəhbər  dövlət  qulluqçuları  üçün  tətbiq  etsinlər.
Bu  gün  başlanan  seminarda  “əhəmiyyətli inkişaf və İKT-nin tətbiqi arasında bağlılıq “ və  “idarəetmə və inkişaf siyasəti üçün İKT” modullarla  bağlı  məruzələr  dinlənildi  və  ətraflı   müzakirə  olundu.

Qeyd  edək  ki, seminar  öz  işini  fevralın  10-da  bitirəcək.

Son yeniliklər


Qafqaz Universitetində “41-ci ACM ICPC - Universitet Tələ...

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan Bölm ətraflı oxu »

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi...

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi E-days16 (Engineering days) ətraflı oxu »

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi ...

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi tələbələrinə təcrübə keçmə imkanla ətraflı oxu »

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali ...

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali məktəb tələbələri arasında informatika üzr ətraflı oxu »