Qafqaz Universitetinin tələbələri NetWork Training Center-in təşkilatçılığı ilə keçirilən Proqramlaşdırma üzrə olimpiadanın qalibi olub

Qafqaz Universitetinin tələbələri NetWork Training Center-in təşkilatçılığı ilə keçirilən Proqramlaşdırma üzrə olimpiadanın qalibi olub
27 Dec 2016 00:25 | Baxılıb: 30

Dekabrın 19-da NetWork Training Center-in təşkilatçılığı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Edumap Təhsil portalının təşkilati dəstəyi ilə proqramlaşdırma üzrə olimpiadanın birinci mərhələsi keçirilib. Birinci mərhələdə 250 tələbə qeydiyyatdan keçib. Onlara e-poçt vasitəsilə təqdim olunan alqoritmik məsələləri 24 saat ərzində həll edib göndərmək tapşırığı verilib. 153 tələbə birinci mərhələdə təqdim olunan məsələlərin həllini göndərə bilib. İlk 20 yeri qazanan tələbələr final mərhələsinə vəsiqə qazanıb.

Dekabr ayının 24-də olimpiadanın final mərhələsi keçirilib. Olimpiadada 15 tələbə iştirak edib.  Tələbələrə 3 saat ərzində alqoritmik məsələlərin həllini Java proqramlaşdırma dilində yazıb avtomatik qiymətləndirmə sisteminə göndərmək tapşırığı verilib. Tərəfdaş olan şirkətlərin nümayəndələri iştirakçıların nəticələrini canlı olaraq izləyiblər.

Sonra  müsabiqənin qalibləri müəyyənləşdirilib:

 

1-ci yer Nurlan Əliyev  - Qafqaz Universiteti 
2-ci yer Rəşad Məmmədov  - Qafqaz Universiteti
3-cü yer Şahnur İsgəndərli ADA Universiteti 
4-cü yer Məmməd Hacılı Qafqaz Universiteti

 

Qaliblər müsabiqənin sponsorları Azercell, R.İ.S.K., Expressbankın təqdim etdikləri qiymətli hədiyyələrlə mükafatlandırılıb

 

NAPCAR

 

 

Son yeniliklər


Kompüter Mühəndisliyinin 4 tələbəsi Azercell-in Təqaüdçüs...

Qafqaz Universiteti Kompüter Mühəndisliyi bölməsinin 4 tələbəsi (Hikmət Cəfərli, Rəsul Kərimov, ətraflı oxu »

Qafqaz Universitetinin tələbələri NetWork Training Center...

Dekabrın 19-da NetWork Training Center-in təşkilatçılığı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Ed ətraflı oxu »

Qafqaz Universiteti Kompüter və İnformasiya Texnologiyala...

16 dekabr 2016-ci il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rabitə və informasiya texnologiyaları s ətraflı oxu »

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Təl...

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfin ətraflı oxu »