Qafqaz Universitetinin tələbələri “39-cu ACM ICPC Tələbələrin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsi (komanda) və Cənubi Qafqaz Açıq Çempionatında (komanda və fərdi) müvəffəqiyyət qazandı

Qafqaz Universitetinin tələbələri “39-cu ACM ICPC Tələbələrin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsi (komanda) və Cənubi Qafqaz Açıq Çempionatında (komanda və fərdi) müvəffəqiyyət qazandı
10 Dec 2014 01:45 | Baxılıb: 15758

Qafqaz Universitetinin tələbələri “39-cu ACM ICPC Tələbələrin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsi (komanda) və Cənubi Qafqaz Açıq Çempionatında (komanda və fərdi) müvəffəqiyyət qazandı

 

“39-cu ACM ICPC Tələbələrin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsi (komanda) və Cənubi Qafqaz Açıq Çempionatı (komanda və fərdi) 6-9 dekabr 2014-cü il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində (Georgian Technical University) keçirildi.

Müsabiqələrdə Azərbaycan Respublikası 10 ali təhsil müəssisəsindən 16 komanda (hər komandada 3 tələbə): Qafqaz Universiteti 3, ADA Universiteti 4, Azərbaycan Texniki Universiteti 1, Bakı Dövlət Universiteti 1, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı 2, Azərbaycan Memarlıq və İnşaat Universiteti 1, Azərbaycan Universitet 1, Bakı Ali Neft Məktəbi 1, Odlar Yurdu Universiteti 1, Naxçıvan Dövlət Universiteti 1 komanda ilə təmsil olunub.

Müsabiqələrdə Qafqaz Universitetinin Kompüter Mühəndisliyi kafedrasının baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi ilə Qafqaz U 1 komandası (Məhəmməd Vəliyev, Elmi Əhmədov, Təbriz Hacıyev), Qafqaz U 2 komandası (Rəşad Məmmədov, Qalib Sarayev, Eldar Həsənov), Qafqaz U 3 komandası (Nurlan Əliyev, Rövşən Hüseynov, Mahmud Allahverdiyev) iştirak edib. Qafqaz U 1 komandası “39-cu ACM ICPC Tələbələrin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin 2014 Azərbaycan Çempionu sertifikatı ilə, Cənubi Qafqaz Açıq Çempionatının komanda müsabiqəsində isə III dərəcəli diplomla təltif edilib.

Qeyd edək ki, həmin müsabiqəsinin 1/4 final mərhələsi (X Azərbaycan Çempionluğu) Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan bölməsi, IEEE Telecommunication Society Azərbaycan bölməsi, ACM Azərbaycan bölməsinin təşkilatı dəstəyi ilə 9 noyabr 2014-cü il tarixində Qafqaz Universitetində keçirilmişdi. Müsabiqədə 14 universitetdən ümumilikdə 58 komanda iştirak etmişdi.

 

III dərəcəli diplom,

 (ACM ICPC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin

2014 Azərbaycan Çempionu)

Qafqaz U 1 komandası

Məhəmməd Vəliyev (Kompüter Mühəndisliyi 3)

Elmi Əhmədov (Kompüter Mühəndisliyi 3)

Təbriz Hacıyev (Riyaziyyat və İnformatika Müəllimliyi 3)

 

Fərqlənmə diplomu

Qafqaz U 2 komandası

Rəşad Məmmədov (Kompüter Mühəndisliyi 2)

Qalib Sarayev (Kompüter Mühəndisliyi 2)

Eldar Həsənov (Kompüter Mühəndisliyi 2)

 

Fərqlənmə diplomu

Qafqaz U 3 komandası

Nurlan Əliyev (İT və Sistemləri Mühəndisliyi 4)

Rövşən Hüseynov (İT və Sistemləri Kompüter Mühəndisliyi 3)

Mahmud Allahverdiyev (Kompüter Mühəndisliyi 1)

 

Son yeniliklər


Qafqaz Universitetində “41-ci ACM ICPC - Universitet Tələ...

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan Bölm ətraflı oxu »

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi...

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi E-days16 (Engineering days) ətraflı oxu »

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi ...

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi tələbələrinə təcrübə keçmə imkanla ətraflı oxu »

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali ...

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali məktəb tələbələri arasında informatika üzr ətraflı oxu »