Tələbələr “Barama” layihəsi çərçivəsində staj proqramı keçirlər

Tələbələr “Barama” layihəsi çərçivəsində staj proqramı keçirlər
Azer Tac | Azer Tac | 14 Oct 2010 01:00 | Baxılıb: 534

Tələbələr “Barama” layihəsi çərçivəsində staj proqramı keçirlər Bakı, 14 oktyabr (AzərTAc). Qafqaz Universitetinin tələbələri “Barama” innovasiya mərkəzində araşdırmaya başlamışlar. Bu ali təhsil ocağının 10 tələbəsi “Azercell” MMC-nin təşəbbüsü ilə yaradılan “Barama” layihəsi çərçivəsində iqtisadi-analitik tədqiqat işi aparır. Şirkətdən AzərTAc-a bildirmişlər ki, “Barama” ofisindəki imkanlardan istifadə edərək strateji araşdırma aparan tələbələr, həmçinin biznesin inkişaf etdirilməsi üzrə staj keçmiş olurlar. Tələbələr layihə çərçivəsində həm praktik biliklər qazanır, həm də şirkətlərin reallıqda üzləşdiyi məsələləri ətraflı tədqiq edirlər. Tədqiqat işi üçün tələbələrə 2 həftə vaxt ayrılmışdır. Gənclər verilən mövzu ilə bağlı hərtərəfli analiz aparacaq və mövzuya dair bir çox suallara cavab axtaracaqlar. Tələbələr müxtəlif problemlərin yaranma səbəbləri, onların səviyyəsinə təsir edən amilləri aydınlaşdıracaq və həmin problemlərin qarşısının effektiv şəkildə alınması üçün həll yolları təklif edəcəklər. “Barama” layihəsində tələbələrin sərbəst fəaliyyət göstərməsinə şərait yaradılmış və onların işinə heç bir məhdudiyyət qoyulmamışdır. Oktyabrın 26-da yekunlaşacaq tədqiqatın sonunda hər iki komanda əldə olunan nəticələr barədə məlumat verəcəklər. “Barama” layihəsi informasiya- kommunikasiya texnologiyaları sahəsinə marağı olan istedadlı gənclərə öz ideyalarını reallaşdırmaq imkanı qazandırır. Bu tədqiqat işi “Azercell”lə yanaşı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən də dəstəklənir.

Son yeniliklər


Qafqaz Universitetində “41-ci ACM ICPC - Universitet Tələ...

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan Bölm ətraflı oxu »

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi...

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi E-days16 (Engineering days) ətraflı oxu »

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi ...

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi tələbələrinə təcrübə keçmə imkanla ətraflı oxu »

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali ...

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali məktəb tələbələri arasında informatika üzr ətraflı oxu »