Tələbələr “Barama” layihəsi çərçivəsində staj proqramı keçirlər

Tələbələr “Barama” layihəsi çərçivəsində staj proqramı keçirlər
lent-Az | lent-Az | 14 Oct 2010 01:00 | Baxılıb: 665

Bu işdə onlara “Azercell” şirkətinin əməkdaşları yardımçı olurlar Qafqaz Universitetinin tələbələri “Barama” innovasiya mərkəzində araşdırmaya başlayıblar. Bu ali təhsil ocağının 10 tələbəsi “Azercell”in təşəbbüsü ilə yaradılan “Barama” layihəsi çərçivəsində iqtisadi-analitik tədqiqat işi aparır. “Barama” ofisindəki imkanlardan istifadə edərək strateji araşdırma aparan tələbələr həmçinin biznesin inkişaf etdirilməsi üzrə staj keçmiş olurlar. Proqramın unikallığı ondan ibarətdir ki, tələbələr layihə çərçivəsində həm praktik biliklər qazanır, həm də şirkətlərin reallıqda üzləşdiyi məsələləri ətraflı tədqiq edirlər. Bu işdə onlara “Azercell” şirkətinin əməkdaşları yardımçı olurlar. Tədqiqat işi üçün tələbələrə 2 həftə vaxt ayrılıb. Gənclər verilən mövzu ilə bağlı hərtərəfli analiz aparacaq və mövzuya dair bir çox suallara cavab axtaracaqlar. Tələbələr müxtəlif problemlərin yaranma səbəbləri, onların səviyyəsinə təsir edən amilləri aydınlaşdıracaq və həmin problemərin qarşısının effektiv şəkildə alınması üçün həll yolları təklif edəcəklər. “Barama” layihəsində tələbələrin tam sərbəst fəaliyyət göstərməsinə şərait yaradılıb və onların işinə heç bir məhdudiyyət qoyulmayıb. Onlar üçün proqram çərçivəsində “Azercell” şirkətinin mütəxəssisləri tərəfindən təqdimatlar keçirilir, məlumat verilir və müxtəlif növ dəstək göstərilir. Məsələyə müxtəlif növ yanaşmanı təmin etmək üçün tədqiqatçı tələbələr hər biri 5 nəfərdən ibarət iki komandaya ayrılıblar. Komanda üzvləri Qafqaz Universitetinin iqtisadiyyat, maliyyə, menecment və biznesin idarə edilməsi fakültələrini təmsil edirlər. Gənc istedadlar həftə içi hər gün “Barama”nın İçəri şəhərdə yerləşən, müasir avadanlıqla təchiz edilmiş ofisində işləyirlər. Oktyabrın 26-da yekunlaşacaq tədqiqatın sonunda hər iki komanda gəldiyi nəticələri əks etdirən təqdimat nümayiş edəcək. “Azercell”in təşəbbüsü və birbaşa qatqısı ilə gerçəkləşən “Barama” layihəsi İnformasiya Kommunikasiya Texnologiyaları sahəsinə marağı olan istedadlı gənclərə öz ideyalarını reallaşdırmaq imkanı qazandırır. Bu tədqiqat işi “Azercell”lə yanaşı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən də dəstəklənir. Proqram çərçivəsində araşdırma ilə məşğul olan tələbələrə məvacib də ayrılıb. Bu araşdırma proqramı Qafqaz Universiteti tələbələrində Barama layihəsinin məqsəd və məramları haqqında daha dolğun təsəvvür formalaşmasına yardım edəcək. Bundan əlavə, araşdırmanın nəticəsi şirkətin fəaliyyəti zamanı qərar vermə prosesində də nəzərə alınacaq. Odur ki, bu staj proqram özünü təsdiq etmək istəyən istedadlı gənclər üçün gözəl bir şans, bacarıqlarını artırmaq və nümayiş etdirmək üçün unikal bir təcrübədir.

Son yeniliklər


Qafqaz Universitetində “41-ci ACM ICPC - Universitet Tələ...

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan Bölm ətraflı oxu »

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi...

Qafqaz Universitetində Mühəndislər Günləri 2016 Keçirildi E-days16 (Engineering days) ətraflı oxu »

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi ...

Microsoft Azərbaycanın Nümayəndəsi Kompüter Mühəndisliyi tələbələrinə təcrübə keçmə imkanla ətraflı oxu »

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali ...

Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali məktəb tələbələri arasında informatika üzr ətraflı oxu »