Verilənlərin Bazası Nədir ? seminarı keçirildi

Verilənlərin Bazası Nədir ? seminarı keçirildi
13 Mar 2014 09:50 | Baxılıb: 835

İnformasiyanın qorunub-saxlanılması kompyuterlərin ənənəvi xidmət növlərindən biridir. İnformasiyanın kompyuterlərdə qorunub-saxlanılması üçün Verilənlər Bazasından (VB) geniş istifadə olunur. VB informasiya sisteminin əsas hissələrindən biridir. İT sahəsində çalışan və oxuyan hər bir şəxs üçün Verilənlər Bazasını və onun idarəetmə sistemini bilməsi çox vacibdir.
 
Azərbaycanın bank sistemlərində, dövlət müəssisələrində və şirkətlərində bu sahədə işləyən çoxlu mütəxəssislər var. Onlardan biri, YapıKredi Bankının Verilənlər Bazası idarəetməsi sistemi üzrə ekspert, Anar Qocayev 13.03.2014 tarixində Qafqaz Universitetinin akt zalında kompyuter mühəndisliyi bölməsinin tələbələrinə Verilənlər Bazası, VB idarəçisinin vəzifələri, VB strukturu, ən çox istifadə edilən VB idarəetmə sistemləri və VB növləri haqqında seminar verdi. Həmçinin Anar bəy seminarın sonunda ORACLE Academy haqqında məlumat verdi və akademiyanın yaxın zamanlarda fəaliyyətə başlayacağını dedi.

 

Son yeniliklər


Kompüter Mühəndisliyinin 4 tələbəsi Azercell-in Təqaüdçüs...

Qafqaz Universiteti Kompüter Mühəndisliyi bölməsinin 4 tələbəsi (Hikmət Cəfərli, Rəsul Kərimov, ətraflı oxu »

Qafqaz Universitetinin tələbələri NetWork Training Center...

Dekabrın 19-da NetWork Training Center-in təşkilatçılığı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Ed ətraflı oxu »

Qafqaz Universiteti Kompüter və İnformasiya Texnologiyala...

16 dekabr 2016-ci il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rabitə və informasiya texnologiyaları s ətraflı oxu »

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Təl...

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfin ətraflı oxu »