Bizim tədris və tədqiqat aparmaq üçün xüsusi imkanlarımız var. Qafqaz Universitetində xüsusi elektronika laboratoriyası, kompyuter şəbəkələri laboratoriyası, proqram təminatı hazırlama laboratoriyaları fəaliyyət göstərir.

 

Cisco Networking Academy (Cisco CCNA laboratoriyası)

Cisco Networking Academy qlobal iqtisadiyyatın imkanlarından istifadə edə bilmələri üçün tələbələrin informasiya və kommunikasiya bacarıqlarını inkişaf etdirmələri üçün hər tərəfli imkanlar verən proqramdır.