Məram, məqsəd və nəticə


Məram:

Kompyuter Mühəndisliyi Bölməsi öz tələbələrini məzun olduqdan sonra mühəndis, sənaye, dövlət və elmin aparıcı mütəxəssisi kimi müvəffəqiyyət qazanmaları üçün bacarıq, bilik və mövqe ilə təchiz etmək üçün hazırlayır.

Məqsədlər:

Kompyuter Mühəndisliyi proqramını bitirmək özü ilə birlikdə növbəti təhsil məqsədləri imkanı verən bacarıqlar, vasitələr və sərmayə mənbələri gətirir:

 Müvəffəqiyyətli və məhsuldar texniki karyeraları üçün tələbələri xüsusi əhəmiyyət daşıyan texniki səlahiyyət, qrup çalışmasına diqqət və səmərəli əlaqə qura bilmək üçün hazırlamaq.

 Tələbələri ixtisas sahələrini müvəffəqiyyətlə təqib etməyə, kompyuter mühəndisliyi və yaxın sahələrdə yaşam boyu öyrənməyə hazırlamaq.

 Tələbələrdə professionallıq, professional mədəniyyət və professional lisenziya/sertifikatların alınmasına həvəsləndirmək və ixtisas sahəsində fəal iştirakçı olma hissi qazandırmaq.

 Tələbələri fundamental bilik və bacarıqlarını ictimai, iqtisadi, ekoloji və etik münasibətlər kimi həqiqi-dünya problemlərinin həll edilməsinə tətbiq etməklə dəyişən qlobal mühiti dəyişdirə biləcək yaradıcılığa, tam və uyğun  professional fəaliyyətə hazırlamaq.

Məzun tələbələrdən gözlənilən nəticələr

 Mühəndislik problemlərini təyin etmə, formalaşdırma və həll etmə bacarığı.

Professional və etik məsuliyyəti dərk etmə bacarığı.

Şifahi və yazılı formaları səmərəli əlaqələndirə bilmə bacarığı.

Müəssisənin avtomatlaşdırılmış infrastrukturunu analiz etmə, layihələndirmə və inkişaf etdirmə bacarığı.

Proqram təminatı texnologiyalarında, proqram təminatı sistemlərinin etibarlı və səmərəli hazırlanmasında cari model və texnikaların geniş müxtəlifliyi ilə işləmə bacarığı.

Müxtəlif səviyyəli qruplarla işləmə bacarığı

Mühəndislik tapşırıqlarını sərbəst yerinə yetirmə bacarığı

Kompyuter mühəndisliyində həqiqi dünya problemlərini həll etmək üçün tələb olunan sənayeyə mühəndislik texnikası, bilikləri və vasitələri ilə daxil ola bilmə bacarığı.