Elmi hadisələr


 

Komyuter mühəndisliyi bölməsinin tələbələri mütamadi olaraq Respublika və beynəlxalq bilik müsabiqələri və olimpiadalarda iştirak edirlər. Bununla əlaqədar olaraq bölmə nəzdində tələblərimizin Respublika və beynəlxalq olimpiada və müsabiqələrə hazırlanması üçün mütəmadi olaraq kurslar təşkil olunur.

Tələbələrimiz Respublika miqyasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Tələbələrin İnformatika üzrə ümum Respublika olimpiadası”nın, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkil etdiyi “İnformatika” üzrə tələbələrin ümum Respublika qrup müsabiqəsinin qalibləri olmuş, 2005-ci ildən etibarən ACM Beynəlxalq proqramlaşdırma müsabiqəsinin və Cənubi Qafqaz Açıq Birinciliyinin dəfələrlə iştirakçısı olmuş və müxtəlif diplom və sertifikatlarla təltif olunmuşlar. Tələbələrimiz eyni zamanda FameLab Beynəlxalq müsabiqəsinin Azərbaycan birinciliyinin qalibi olmuşdur.