İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası

Etibar Seyidzadə | 01 May 2013 20:32 | Visited: 555

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 may Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsi 28 aprel 2013-cü il tarixində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçirilmişdir.
 
Müsabiqədə I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.
 
I YER
Qafqaz Programmers komandası
Rauf Ağayev (Kompyuter Elmləri M1)
Müsaqil Musabəyli (Kompyuter Mühəndisliyi 3)
Məhəmməd Vəliyev (Kompyuter Mühəndisliyi 1)
 
II YER
Qafqaz U 5 komandası
Vüqar Ağayev (Kompyuter Mühəndisliyi M1)
Əsgər Cavadov (İT Menegment M1)
Fərid Qasımov (Kompyuter Elmləri M2)
 
III YER
Qafqaz U 3 komandası
Kənan Əsgərli (Kompyuter Mühəndisliyi 3)
Ürfan Həmzəyev (İT və Sistemləri Mühəndisliyi 3)
Elmi Əhmədov (Kompyuter Mühəndisliyi 1)
 
IV YER
Qafqaz Şahinləri komandası
Xəyyam Quliyev (Kompyuter Mühəndisliyi 4)
Hidayət Soltanzadə (Kompyuter Mühəndisliyi 4)
Ələkbər Vəlizadə (Kompyuter Mühəndisliyi 4)
 
 
 
Olimpiadada ilk 4 yerə layiq görülən komandalar “Azercell” və “Ultra” şirkətlərinin qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.
Olimpiadanın ilk mərhələsi 14 aprel 2013-cü il tarixində Qafqaz Universitetindəkeçirilmişdir.  Olimpiadanın ilk mərhələsində Respublikanın 13 ali təhsil müəssisəsindən 48 komanda (hər komandada 3 nəfər) iştirak etmişdir. Olimpiadanın ikinci (final) mərhələsinə 9 ali təhsil müəssisəsindən 28 komanda vəsiqə qazanmışdı.
 - Qafqaz Universiteti – 10 komanda (9 komanda – finala mərhələsinə vəsiqə qazanıb)
- Bakı Dövlət Universiteti – 9 komanda (7 komanda – finala mərhələsinə vəsiqə qazanıb)
- Moskva Dövlət Universitetinin Bakı filialı – 5 komanda (5 komanda – finala mərhələsinə vəsiqə qazanıb)
- Azərbaycan Texniki Universiteti – 3 komanda (2 komanda – finala mərhələsinə vəsiqə qazanıb)
- Bakı Ali Neft Məktəbi – 4 komanda (1 komanda – finala mərhələsinə vəsiqə qazanıb)
- Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı – 1 komanda (1 komanda – finala mərhələsinə vəsiqə qazanıb)
- Gəncə Dövlət Universiteti – 4 komanda (1 komanda – finala mərhələsinə vəsiqə qazanıb)
- Naxçıvan Dövlət Universiteti – 1 komanda (1 komanda – finala mərhələsinə vəsiqə qazanıb)
- Lənkəran Dövlət Universiteti – 3 komanda (1 komanda – finala mərhələsinə vəsiqə qazanıb)
- Azərbaycan Dövlət Neft Akademiyası – 4 komanda
- Dövlət İdarəçilik Akademiyası – 2 komanda
- Bakı Avrasiya Universiteti – 1 komanda
- Milli Aviasiya Akademiyası – 1 komanda
 
 
 
 

Latest News


BREAKFAST WITH STUDENTS...

Noyabr ayının 13-də Kompüter Mühəndisliyi azərbaycan və ingilis bölmələrindəki qız tələbələrinin səhər ye read more »

"90 dəqiqə ərzində Twitteri qur "...

14 noyabr tarixində Universitetin akt zalında Kompüter mühəndisliyi bölməsi və şirkətlərdən birində read more »

Kompüter Mühəndisliyi 1-ci kurs tələbələri ilə görüş keçi...

Kompüter Mühəndisliyi 1-ci kurs tələbələri görüş keçirildi 26.10.2015 tarixində Kompüte read more »

Qafqaz Universitetində “40-cı ACM ICPC Universitet Tələbə...

Qafqaz Universitetində “40-cı ACM ICPC Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq” m&uum read more »