Qafqaz Universitetində proqramlaşdırma üzrə “Proqramçıların Yaz Məktəbi” təlimləri keçirildi

Qafqaz Universitetində proqramlaşdırma üzrə “Proqramçıların Yaz Məktəbi” təlimləri keçirildi
Etibar Seyidzadə | 29 Mar 2013 11:45 | Visited: 1164

17-24 mart 2013-cü il tarixlərində Qafqaz Universitetində Kompyuter Mühəndisliyi Bölməsinin baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi ilə tələbə və məktəblilərin proqramlaşdırma üzrə Respublika və Beynəlxalq olimpiadalara hazırlanmaları üçün sayca dördüncü olan “Proqramçıların Yaz Məktəbi” təlimləri keçirildi. Təlimlərin aparılması üçün Ukrayna Respublikasının Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin Kibernetika Fakültəsinin Riyazi İnformatika kafedrasının dosenti Mixail Medvedyev (Ukrayna Respublikasında proqramlaşdırma olimpiadaları üzrə təlimçi, Ukrayna, Rusiya və Beynəlxalq proqramlaşdırma olimpiadalarda münsiflər heyətinin üzvü kimi tanınmış mütəxəssis) təlimçi kimi Qafqaz Universitetinə dəvət edilmişdir.
Təlimlərdə Qafqaz Universiteti Kompyuter Mühəndisliyi, İnformasiya Texnologiyaları və Sistemləri Mühəndisliyi, Riyaziyyat və İnformatika Müəllimliyi bölmələrindən olan 30 tələbə və Azərbaycan Türk Özəl Liseylərindən 5 şagird (bu şagirdlər 6-13 iyul 2013-cü il tarixlərində Avstraliyanın Brisbane şəhərində keçiriləcək 25-ci Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanın məktəblilər komandasını təmsil edəcək).
8 gün intensiv davam edən təlimlər hər gün 9:30-13:00 saatlarında Mixail Medvedyev tərəfindən seminarların (seminar mövzuları: verilənlər strukturu, qraflar, dinamik proqramlaşdırma) verilməsi, 14:00-18:00 saatlarında isə praktik online müsabiqə və məsələlərin həllinin müzakirəsi formatında aparıldı. Təlimlərdə e-olimp.com.ua metodik saytından (BDU-nun dosenti Ramin Mahmudzadə və Qafqaz Universitetinin baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi ilə saytın Azərbaycan dilində lokalizasiyası aparılmışdır) məsələlərin həlli üçün istifadə edildi. Analoji təlimlər 2011, 2012-ci illərdə də keçirilmiş və Qafqaz Universiteti tələbələrinin Respublika və Beynəlxalq proqramlaşdırma olimpiadalarında yüksək nəticələr əldə etməsinə vəsilə olmuşdur.

Latest News


BREAKFAST WITH STUDENTS...

Noyabr ayının 13-də Kompüter Mühəndisliyi azərbaycan və ingilis bölmələrindəki qız tələbələrinin səhər ye read more »

"90 dəqiqə ərzində Twitteri qur "...

14 noyabr tarixində Universitetin akt zalında Kompüter mühəndisliyi bölməsi və şirkətlərdən birində read more »

Kompüter Mühəndisliyi 1-ci kurs tələbələri ilə görüş keçi...

Kompüter Mühəndisliyi 1-ci kurs tələbələri görüş keçirildi 26.10.2015 tarixində Kompüte read more »

Qafqaz Universitetində “40-cı ACM ICPC Universitet Tələbə...

Qafqaz Universitetində “40-cı ACM ICPC Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq” m&uum read more »